Haqqımızda - Publika.az
Bizi izləyin

Haqqımızda

Haqqımızda

Publika.az 2012-ci ilin martın 1-də fəaliyyətə başlayıb. Sayt xəbər portalı olaraq fəaliyyət göstərir.

Müstəqil informasiya siyasəti həyata keçirən portalda xəbərlərlə yanaşı, geniş araşdırmalar, siyasi təhlillər, müsahibələr, həmçinin, oxucunu maraqlandıran layihələr, eyni zamanda foto və video layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və fasiləsiz olaraq oxucunu məlumatlandırmaqdır.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Publika.az-ın işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və saytda "qaynar-xətt" fəaliyyət göstərir ki, oxucular qarşılaşdıqları hadisələrlə bağlı operativ məlumat

 verə bilsinlər.