ÜST-dən Fransada tapılan ştam barədə açıqlama - Publika.az
Bizi izləyin

Dünya

ÜST-dən Fransada tapılan ştam barədə açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı Fransada aşkarlanan və dünyada narahatlığa səbəb olan yeni ştamın böyük təhlükə yaratmadığını bildirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST rəsmisi Abdi Mahmud sözügedən variantın ilk dəfə noyabr ayında aşkar edildiyini və o vaxtdan bəri böyük təhlükə yaratmadığını söyləyib: “Variant bizim nəzarətimizdədir. Onun irəliləmək üçün çoxlu şansları var idi”.

Qeyd edək ki, ilk dəfə Fransada qeydə alınan və 46 mutasiyaya malik yeni COVID-19 variantı Cənubi Afrikada ortaya çıxan və bir çox ölkədə yoluxma sayında rekordlar qıran “omikron” versiyası ilə eyni dövrdə müəyyən edilib.

Aytən Məftun

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Fransalı nazir: "Ukraynanın Aİ-yə daxil olması 15-20 il çəkə bilər"

"Ukraynanın Avropa İttifaqına daxil olması 15 və ya 20 il çəkə bilər.

Publika.az TF telekanalına istinadla xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə naziri Kleman Bon deyib.

"Dürüst olmalısınız. Ukraynanın 6 ay, 1 və ya 2 ildən sonra Avropa İttifaqına üzv olacağını desək, yalan danışırıq. Bu, doğru deyil. Yəqin ki, 15 və ya 20 il çəkəcək", - Bon deyib.

Nazir xatırladıb ki, Makron Ukraynaya Avropa siyasi birliyinə inteqrasiya üçün alternativ variant təklif edib və Kiyev bu təklifdən yararlanmalıdır.

Oxumağa davam et

Dünya

Kanadada 5 nəfəri ildırım vurub öldürdü

Kanadanın Ottava şəhərində və Ontario əyalətində ildırım vurması nəticəsində 5 nəfər həlak olub.

publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət güclü küləklə müşayiət olunub, nəticədə çox sayda elektrik xətti sıradan çıxıb. Metrologiya xidmətinin məlumatına görə, küləyin sürəti saatda 33 metrə çatıb.

Oxumağa davam et

Dünya

İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"

Avropa İttifaqının iyunda keçiriləcək sammitində Ukrayna Aİ-yə açıq qapı haqqında aydın siqnal almalı və ittifaq üzvlüyünə namizəd statusu almalıdır.

Publika.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Polşa prezidenti Anjey Duda deyib.

"Bu gün Ukraynanın bizim siqnalımıza ehtiyacı var: bir dövlət kimi Ukrayna üçün, Rusiyanın təsir dairəsi deyil, Avropa birliyinin bir hissəsi olmaq istəyən Ukrayna cəmiyyəti üçün Aİ qapıları açılmalıdır", - Duda bildirib.

Onun sözlərinə görə, iyunun 24-də Avropa Şurasının sammiti zamanı Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi Avropa liderlərindən ukraynalılara siqnal olacaq və mühüm siyasi və psixoloji əhəmiyyətə malik olacaq.

Duda vurğulayıb ki, avropalılar bu layihənin cəlbedici qalmasını istəyirlərsə, bu jest təkcə Ukrayna üçün deyil, həm də Aİ üçün vacibdir.

Oxumağa davam et
Reklam

Gündəm