Nazarbayevin taleyi ilə bağlı müəmmalar: Qızı iclasa gəlmədi, Putin də... - Publika.az
Bizi izləyin

Dünya

Nazarbayevin taleyi ilə bağlı müəmmalar: Qızı iclasa gəlmədi, Putin də...

Qazaxıstanın birinci prezidenti, elbaşı Nursultan Nazarbayevin taleyi hələ də müəmmalı olaraq qalır.

Publika.az xəbər verir ki, son hadisələrdən sonra Təhlükəsizlik Şurasının rəhbəri postundan uzaqlaşdırılan Nazarbayevin ölkəni tərk etdiyi haqda iddialar yayılmışdı.

Onun sözçüsü Aidos Ukibay isə bunu təkzib etdi və elbaşının Nur Sultanda olduğunu bildirdi. Hətta sözçüsü vasitəsilə Nazarbayevin Prezident Tokayevi dəstəklədiyi də qeyd olundu.

Lakin hələ də şübhələr davam edir. İki məqam bu şübhələri daha da artırdı.

Birincisi, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasıdır. Peskov “Putinin Nazarbayevlə təmas qurduğu, yaxud onun taleyi ilə bağlı məlumatının olub-olmadığına” dair suala cavabında “heç bir şey bilmədiyini” açıqladı.

İkincisi, Nazarbayevin böyük qızı, deputat Dariqa Nazarbayevanın bu gün parlamentin iclasına qatılmamasıdır. Nazarbayevin köməkçisi Janna Yermekova bildirib ki, buna səbəb Dariqanın koronavirusa yoluxmasıdır.

Təbii ki, nə Peskovun, nə də Yermekovanın açıqlamaları yaranan suallara cavab deyil və şübhələri daha da artırır. Nazarbayev və ailəsinin təcrid olunduğu ehtimalı daha böyükdür.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Trampdan yeni İŞĞAL ANONSU: Çin bu aviabazanı ələ keçirək

"Çin tezliklə Əfqanıstandakı Baqram aviabazasını işğal edəcək".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Biz kontingenti 2 min əsgərə qədər azaltdıq, amma mən Baqramı (Əfqanıstanın şərqindəki hava bazası) saxlamaq niyyətində idim. Bu, böyük aviabazadır, biz ona milyardlarla dollar sərmayə qoymuşuq. Biz onu Əfqanıstan üçün saxlamadıq, Çinin nüvə silahı istehsal etdiyi yerdən bir saatlıq məsafədə olduğu üçün saxladıq. Ancaq bir gecədə ayrıldıq", - o, cümə günü Hyustonda ABŞ Milli Tüfəng Assosiasiyasının konvensiyasında çıxış edərkən deyib.

"Fikirləşin - biz milyardlarla və milyardlarla dollar sərmayə qoymuşuq və indi onu (baza) Çin çox yaxında işğal edəcək, əgər bunu etməyibsə", - Tramp əlavə edib.

Oxumağa davam et

Dünya

Putin sülh danışıqlarına hazırlaşmır - Pentaqon

"Rusiya Prezidenti Vladimir Putin hələlik Ukrayna ilə sülh danışıqları aparmağa hazırlaşmır".

Publika.az"RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

"Putin burada və indi düzgün olanı edə bilər: qoşunları çıxarır, Zelenski ilə danışıqlar masasına oturur və vicdanla danışıqlar aparır. Hazırda belə danışıqlara ümid görünmür", - Kirbi deyib.

O, həmçinin əlavə edib ki, Putin münaqişənin diplomatik yolla həllinə maraq göstərmir: 

"Üstəlik, əksinə, Donbassda hərbi əməliyyatları davam etdirməyə hazır olduğunu göstərdi. Rusiya qoşun yığır, texnikanı çəkir və hava zərbələri endirir".

Kirbi həmçinin qeyd edib ki, Ukrayna ilə demək olar ki, 100 günlük müharibədə Putin heç bir strateji məqsədə nail olmayıb:

"O, Ukraynanı suverenlikdən məhrum etmədi - əksinə, ukraynalılara müstəqilliyin həqiqətən nə qədər vacib olduğunu göstərdi və onlar hər gün bunun üçün mübarizə aparırlar. O, paytaxtı tutmadı və hökumətin başını "kəsmədi". Mariupol istisna olmaqla heç bir böyük şəhəri ələ keçirmədi".

Xatırladaq ki, Pentaqon ABŞ -ın Ukraynadan taxıl ixracına hərbçiləri cəlb etməyi planlaşdırmadığını açıqlamışdı.

Oxumağa davam et

Dünya

Conson Orbanla Rusiyaya qarşı neft embarqosundan DANIŞDI

Böyük Britaniyanın Baş naziri Boris Conson Macarıstan hökumətinin başçısı Viktor Orbanla Rusiyaya qarşı neft embarqosunun tətbiqini müzakirə edib.

Publika.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.

Conson danışıq zamanı Rusiyaya maksimum iqtisadi təzyiq göstərməyə davam etmək ehtiyacını vurğulayıb.

Onun sözlərinə görə, Avropada enerji təhlükəsizliyi və daxili sabitliyin təmin edilməsi həyati əhəmiyyət kəsb edir.

"Ukraynada sonsuz qarşıdurma daha çox əziyyətə səbəb olacaq. Bu səbəbdən Avropa İttifaqı altıncı sanksiyalar paketini qəbul etməlidir", - liderlər bu barədə razılaşıblar.

Oxumağa davam et
Reklam

Gündəm