Ukraynanın dövlət qurumlarının saytlarına hücum oldu - Publika.az
Bizi izləyin

Dünya

Ukraynanın dövlət qurumlarının saytlarına hücum oldu

Bu gecə Ukraynanın dövlət qurumlarının saytlarına kütləvi haker hücumu olub. 

Publlika.az Ukrayna mediasına istinadla bildirir ki, hazırda Nazirlər Kabinetinin, İcmaların və Ərazilərin İnkişafı Nazirliyinin, İdman Nazirliyinin, Energetika Nazirliyinin, Təhsil Nazirliyinin, Aqrar Siyasət Nazirliyi və Xarici İşlər Nazirliyinin saytları işləmir.  

Həmin saytların üzərində təhdid yazılmış şəkil yerləşdirilib. 

Qeyd olunur ki, Ukrayna vətəndaşlarının bütün şəxsi məlumatları şəbəkəyə yüklənəcək və yayılacaq.

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Baydendən KRİTİK AÇIQLAMA: "Putin ukraynalıların kimliyini yer üzündən silməyə çalışır"

ABŞ lideri Co Bayden bildirib ki, Rusiya Prezidenti Vladimir Putin məktəblərə, uşaq bağçalarına, xəstəxanalara və muzeylərə hücum edərək ukraynalıların mədəniyyətini və kimliyini yer üzündən silməyə çalışır.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

"Rusiyanın hücumlarının yeganə məqsədi mədəniyyəti məhv etməkdir. Bu, qanunun aliliyinə əsaslanan beynəlxalq nizamın fundamental prinsiplərinə birbaşa hücumdur", - o, ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısında çıxışında deyib.

Ağ Ev rəhbəri Rusiya prezidentinin başlatdığı müharibəni pisləyib.

Bayden həmçinin Rusiyanın təcavüzünə qarşı mübarizədə qlobal əməkdaşlığın gücünü yüksək qiymətləndirib və əlavə edib ki, Putin İsveç və Finlandiyanı müdafiə alyansına qoşulmağa sövq etməklə bütün Avropanı NATO-ya yerləşdirib.

Bayden daha əvvəl deyib ki, Rusiya Ukraynadakı müharibənin əvəzini uzunmüddətli perspektivdə ödəməlidir.

Oxumağa davam et

Dünya

Belarus Ukrayna ilə həmsərhəd ərazilərə girişə QADAĞA QOYDU

Belarus Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonunda giriş-çıxışı məhdudlaşdırıb və sərhəd zolağına keçidlərin verilməsini dayandırıb.

Publika.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsinin yaydığı məlumatda deyilir.

"Dövlət Sərhəd Komitəsi bildirir ki, sərhəd təhlükəsizliyini təmin etmək məqsədi ilə 2022-ci il iyunun 1-dən avqustun 31-dək Qomel vilayətinin Braqinski, Loyevski və Xoinitski rayonlarının ərazisinə vətəndaşların sərhəd zolağına girişi müvəqqəti olaraq məhdudlaşdırılır", - məlumatda deyilir.

Belarusiyanın Xoinitski və Braginski rayonları Ukraynanın Kiyev vilayəti ilə, Loevski isə Çerniqov vilayəti ilə həmsərhəddir.

Xatırladaq ki, daha əvvəl Belarus lideri Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə qoşunların operativ komandanlığının yaradılması barədə göstəriş verib.

Ukrayna Prezident Aparatı Belarusdan gələn təhlükəyə reaksiya verərək, Belarus qoşunlarının işğalının Belarus rejimi üçün intihar olacağını qeyd edib.

Oxumağa davam et

Dünya

Trampdan yeni İŞĞAL ANONSU: Çin bu aviabazanı ələ keçirək

"Çin tezliklə Əfqanıstandakı Baqram aviabazasını işğal edəcək".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Biz kontingenti 2 min əsgərə qədər azaltdıq, amma mən Baqramı (Əfqanıstanın şərqindəki hava bazası) saxlamaq niyyətində idim. Bu, böyük aviabazadır, biz ona milyardlarla dollar sərmayə qoymuşuq. Biz onu Əfqanıstan üçün saxlamadıq, Çinin nüvə silahı istehsal etdiyi yerdən bir saatlıq məsafədə olduğu üçün saxladıq. Ancaq bir gecədə ayrıldıq", - o, cümə günü Hyustonda ABŞ Milli Tüfəng Assosiasiyasının konvensiyasında çıxış edərkən deyib.

"Fikirləşin - biz milyardlarla və milyardlarla dollar sərmayə qoymuşuq və indi onu (baza) Çin çox yaxında işğal edəcək, əgər bunu etməyibsə", - Tramp əlavə edib.

Oxumağa davam et
Reklam

Gündəm