Dünya
BMT-dən Rusiya və ABŞ-a çağırış

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı eskalasiaya gətirib çıxaracaq addımlar atmaqdan çəkinməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Baş katibin köməkçisi məlumat ver.
“Baş katib istəyir ki, tərəflər gərginlik yarada biləcək ritorikadan uzaq olsunlar”, - deyə köməkçi əlavə edib.
Dünya
Trampdan yeni İŞĞAL ANONSU: Çin bu aviabazanı ələ keçirək

"Çin tezliklə Əfqanıstandakı Baqram aviabazasını işğal edəcək".
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Biz kontingenti 2 min əsgərə qədər azaltdıq, amma mən Baqramı (Əfqanıstanın şərqindəki hava bazası) saxlamaq niyyətində idim. Bu, böyük aviabazadır, biz ona milyardlarla dollar sərmayə qoymuşuq. Biz onu Əfqanıstan üçün saxlamadıq, Çinin nüvə silahı istehsal etdiyi yerdən bir saatlıq məsafədə olduğu üçün saxladıq. Ancaq bir gecədə ayrıldıq", - o, cümə günü Hyustonda ABŞ Milli Tüfəng Assosiasiyasının konvensiyasında çıxış edərkən deyib.
"Fikirləşin - biz milyardlarla və milyardlarla dollar sərmayə qoymuşuq və indi onu (baza) Çin çox yaxında işğal edəcək, əgər bunu etməyibsə", - Tramp əlavə edib.
Dünya
Putin sülh danışıqlarına hazırlaşmır - Pentaqon

"Rusiya Prezidenti Vladimir Putin hələlik Ukrayna ilə sülh danışıqları aparmağa hazırlaşmır".
Publika.az"RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
"Putin burada və indi düzgün olanı edə bilər: qoşunları çıxarır, Zelenski ilə danışıqlar masasına oturur və vicdanla danışıqlar aparır. Hazırda belə danışıqlara ümid görünmür", - Kirbi deyib.
O, həmçinin əlavə edib ki, Putin münaqişənin diplomatik yolla həllinə maraq göstərmir:
"Üstəlik, əksinə, Donbassda hərbi əməliyyatları davam etdirməyə hazır olduğunu göstərdi. Rusiya qoşun yığır, texnikanı çəkir və hava zərbələri endirir".
Kirbi həmçinin qeyd edib ki, Ukrayna ilə demək olar ki, 100 günlük müharibədə Putin heç bir strateji məqsədə nail olmayıb:
"O, Ukraynanı suverenlikdən məhrum etmədi - əksinə, ukraynalılara müstəqilliyin həqiqətən nə qədər vacib olduğunu göstərdi və onlar hər gün bunun üçün mübarizə aparırlar. O, paytaxtı tutmadı və hökumətin başını "kəsmədi". Mariupol istisna olmaqla heç bir böyük şəhəri ələ keçirmədi".
Xatırladaq ki, Pentaqon ABŞ -ın Ukraynadan taxıl ixracına hərbçiləri cəlb etməyi planlaşdırmadığını açıqlamışdı.
Dünya
Conson Orbanla Rusiyaya qarşı neft embarqosundan DANIŞDI

Böyük Britaniyanın Baş naziri Boris Conson Macarıstan hökumətinin başçısı Viktor Orbanla Rusiyaya qarşı neft embarqosunun tətbiqini müzakirə edib.
Publika.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.
Conson danışıq zamanı Rusiyaya maksimum iqtisadi təzyiq göstərməyə davam etmək ehtiyacını vurğulayıb.
Onun sözlərinə görə, Avropada enerji təhlükəsizliyi və daxili sabitliyin təmin edilməsi həyati əhəmiyyət kəsb edir.
"Ukraynada sonsuz qarşıdurma daha çox əziyyətə səbəb olacaq. Bu səbəbdən Avropa İttifaqı altıncı sanksiyalar paketini qəbul etməlidir", - liderlər bu barədə razılaşıblar.
- Maqazin28 May 2022 06:46
Şəbnəm Tovuzlu niyə gəlinlik geyindi? - VİDEO
- Dünya28 May 2022 06:16
Trampdan yeni İŞĞAL ANONSU: Çin bu aviabazanı ələ keçirək
- Qoroskop28 May 2022 00:30
Günün ULDUZ FALI: kəskin narazılıq ola bilər
- Hadisə27 May 2022 23:49
Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə: "Anam məndən tələb etdi ki..." - VİDEO
- Dünya27 May 2022 23:24
Rusların komanda məntəqəsi VURULDU: 20-dən çox yüksək rütbəli zabit...
- Sosial27 May 2022 23:10
Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş
- İdman27 May 2022 22:21
Azərbaycan Kubokunun qalibi məlum oldu - VİDEO - YENİLƏNDİ
- Siyasət27 May 2022 22:11
Ərdoğan sabah Azərbaycana səfər edəcək