Putin müharibədə qalib gəlməyəcək - Olaf Şolts - Publika.az
Bizi izləyin

Dünya

Putin müharibədə qalib gəlməyəcək - Olaf Şolts

"Almaniya Rusiyanın işğalına qarşı Ukraynaya dəstəyini davam etdirəcək, o cümlədən silah yardımı göstərəcək".

Publika.az ZDF-ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts İkinci Dünya Müharibəsinin başa çatmasının 77-ci ildönümü münasibətilə müraciətində deyib.

O, Ukraynanın Rusiyaya güzəşt etməyəcəyinə də əminliyini ifadə edib.

"Rusiyanın diktə etdiyi sülh olmayacaq. Ukraynalılar bunu qəbul etməyəcək - biz də etməyəcəyik", - federal kansler Ukraynaya güclü beynəlxalq dəstəyi qeyd edib.

"Nadir haldır ki, bizim dostlarımız və tərəfdaşlarımızla indiki kimi birləşmişik. Mən dərindən əminəm ki, Putin müharibədə qalib gəlməyəcək. Nasist Almaniyası dövründən bəri Federativ Respublikada öyrənilən dərs "bir daha heç vaxt!" şüarı idi. İndiki vəziyyətdə bu, yalnız bir şeyi ifadə edə bilər: biz ədaləti və azadlığı müdafiə edirik – hücuma məruz qalanların tərəfində”, - deyə o bildirib.

Şolts Ukraynaya dəstək və yardım göstərməkdə davam etmək niyyətində olduğunu bir daha vurğulayıb.

“Federativ respublika tarixində ilk dəfə olaraq döyüş bölgəsinə silah göndərilib və bu, davam edəcək”, - deyə Almaniya kansleri əmin edib və əlavə edib ki, Berlin Ukraynaya ağır texnika tədarükünü diqqətlə nəzərdən keçirib.

Daha əvvəl Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Ukrayna Rusiya Federasiyası ilə müharibədən mütləq qalib çıxacaq .

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Fransalı nazir: "Ukraynanın Aİ-yə daxil olması 15-20 il çəkə bilər"

"Ukraynanın Avropa İttifaqına daxil olması 15 və ya 20 il çəkə bilər.

Publika.az TF telekanalına istinadla xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə naziri Kleman Bon deyib.

"Dürüst olmalısınız. Ukraynanın 6 ay, 1 və ya 2 ildən sonra Avropa İttifaqına üzv olacağını desək, yalan danışırıq. Bu, doğru deyil. Yəqin ki, 15 və ya 20 il çəkəcək", - Bon deyib.

Nazir xatırladıb ki, Makron Ukraynaya Avropa siyasi birliyinə inteqrasiya üçün alternativ variant təklif edib və Kiyev bu təklifdən yararlanmalıdır.

Oxumağa davam et

Dünya

Kanadada 5 nəfəri ildırım vurub öldürdü

Kanadanın Ottava şəhərində və Ontario əyalətində ildırım vurması nəticəsində 5 nəfər həlak olub.

publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət güclü küləklə müşayiət olunub, nəticədə çox sayda elektrik xətti sıradan çıxıb. Metrologiya xidmətinin məlumatına görə, küləyin sürəti saatda 33 metrə çatıb.

Oxumağa davam et

Dünya

İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"

Avropa İttifaqının iyunda keçiriləcək sammitində Ukrayna Aİ-yə açıq qapı haqqında aydın siqnal almalı və ittifaq üzvlüyünə namizəd statusu almalıdır.

Publika.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Polşa prezidenti Anjey Duda deyib.

"Bu gün Ukraynanın bizim siqnalımıza ehtiyacı var: bir dövlət kimi Ukrayna üçün, Rusiyanın təsir dairəsi deyil, Avropa birliyinin bir hissəsi olmaq istəyən Ukrayna cəmiyyəti üçün Aİ qapıları açılmalıdır", - Duda bildirib.

Onun sözlərinə görə, iyunun 24-də Avropa Şurasının sammiti zamanı Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi Avropa liderlərindən ukraynalılara siqnal olacaq və mühüm siyasi və psixoloji əhəmiyyətə malik olacaq.

Duda vurğulayıb ki, avropalılar bu layihənin cəlbedici qalmasını istəyirlərsə, bu jest təkcə Ukrayna üçün deyil, həm də Aİ üçün vacibdir.

Oxumağa davam et
Reklam

Gündəm