Dünya
Çavuşoğlu bağçadan çiyələk dərdi - VİDEO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu şəxsi bağçasından çiyələk dərib.
Publika.az xəbər verir ki, o, bununla bağlı "Facebook" səhifəsində video paylaşıb.
"Bir fermer övladı olaraq, alıntəri ilə suvardığı torpağı bərəkətləndirən hər kəsin Dünya Fermerlər Gününü təbrik edirəm", - nazir təbrik ünvanlayıb.
O qeyd edib ki, Ankaradakı şəxsi bağçalarında, bibər, badımcan, pomidor, qarpız, yemiş və çiyələk yetişdirirlər:
"Çox şükür, bu il bərəkətli oldu. Təbii çiyələklərdir. Özümüz yetişdiririk. Günün yorğunluğunu da bağçada çalışaraq, çıxarırıq".
Dünya
Kanadada 5 nəfəri ildırım vurub öldürdü

Kanadanın Ottava şəhərində və Ontario əyalətində ildırım vurması nəticəsində 5 nəfər həlak olub.
publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət güclü küləklə müşayiət olunub, nəticədə çox sayda elektrik xətti sıradan çıxıb. Metrologiya xidmətinin məlumatına görə, küləyin sürəti saatda 33 metrə çatıb.
Dünya
İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"

Avropa İttifaqının iyunda keçiriləcək sammitində Ukrayna Aİ-yə açıq qapı haqqında aydın siqnal almalı və ittifaq üzvlüyünə namizəd statusu almalıdır.
Publika.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Polşa prezidenti Anjey Duda deyib.
"Bu gün Ukraynanın bizim siqnalımıza ehtiyacı var: bir dövlət kimi Ukrayna üçün, Rusiyanın təsir dairəsi deyil, Avropa birliyinin bir hissəsi olmaq istəyən Ukrayna cəmiyyəti üçün Aİ qapıları açılmalıdır", - Duda bildirib.
Onun sözlərinə görə, iyunun 24-də Avropa Şurasının sammiti zamanı Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi Avropa liderlərindən ukraynalılara siqnal olacaq və mühüm siyasi və psixoloji əhəmiyyətə malik olacaq.
Duda vurğulayıb ki, avropalılar bu layihənin cəlbedici qalmasını istəyirlərsə, bu jest təkcə Ukrayna üçün deyil, həm də Aİ üçün vacibdir.
Dünya
Dünyanı gözləyən aclıq Rusiyaya niyə sərf edir?

Gözlənilən qlobal qida böhranı Rusiya-Ukrayna müharibəsində həlledici amilə çevrilə bilər. Böhranın həlli üçün iki ssenari var: Rusiyanı tamamilə məğlub etmək; Ukraynanı “güzəştlərə” doğru sürükləmək;
Birinci ssenari zamana bağlıdır və zaman böhranı qaçılmaz edə bilər.
İkinci ssenari ilə bağlı Qərbdə mövqe müxtəlifliyi var: rəsmi Kiyevin açıqlamaları da göstərir ki, “güzəşt” istəkləri mövcuddur;
Rusiyanın ümid etdiyi də budur: müharibənin nəticələri gələn ilin qışına qədər qida və enerji böhranını şiddətləndirəcək və bundan Ukraynada istədiyini almaq üçün istifadə edəcək;
- Qoroskop23 May 2022 00:15
Günün ULDUZ FALI: o insanlarla bağlı narazılıq yarana bilər
- Dünya23 May 2022 00:00
İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"
- Dünya22 May 2022 23:50
Dünyanı gözləyən aclıq Rusiyaya niyə sərf edir?
- Sağlamlıq22 May 2022 23:41
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
- Təhlil22 May 2022 23:13
Moskva Le Penin "xəcalətindən" necə çıxıb?: 9 milyonluq kredit, üzə çıxan gizli SMS...
- Maqazin22 May 2022 22:55
Nadir Qafarzadə gəlini ilə FOTOSUNU PAYLAŞDI
- Maqazin22 May 2022 22:49
Tuğba Ekincidən İDDİALI PAYLAŞIM: dəsmal ilə... - FOTO
- Sosial22 May 2022 22:31
Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO