Gəncədə narkotik satan və alan şəxslər şəxslər saxlanıldı - Publika.az
Bizi izləyin

Hadisə

Gəncədə narkotik satan və alan şəxslər şəxslər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Namazov saxlanılan zaman onun üzərindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı evdən ümumi çəkisi 25 kq 16 qram olan, 2 ədəd böyük torbada marixuana aşkarlanıb. İdarə əməkdaşlarının saxladığı digər şəhər sakini Xəyal Həmzəyevdən isə narkotik vasitə olan heroin aşkar olunub.

Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları isə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Mehdi Mahmudovu saxlayıb. Polis İdarəsində üzərindən heroin aşkarlanan saxlanılan şəxsin yaşadığı evdindən də külli miqdarda narkotik vasitə olan heroin aşkarlanıb. Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən digər şəhər sakini Vüqar Ağayevdən isə “patı” kimi tanınan metamfetamin aşkar olunaraq götürülüb.

Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları şəhər sakini Hüseyn Alıyevi saxlayan zaman əlindəki sellofan torbada çəkisi 460 qram qurudulmuş marixuananı maddi sübut kimi götürərək müvafiq ekspertizaya təqdim edib. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İlham Məmmədov saxlanılıb. Bölmədə onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Oğuzda yaşayış evində güclü yanğın - ÖLƏN VAR

Oğuz rayonunun Şirvanlı kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et

Hadisə

Ağcabədidə intiharın son anda qarşısı alındı

"112" qaynar telefon xəttinə Ağcabədi şəhərində su kanalının yaxınlığında intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub. 

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxumağa davam et

Hadisə

Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə: "Anam məndən tələb etdi ki..." - VİDEO

Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra azadlığa buraxılıb.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Şəmsi Səmədzadə sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub.

Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb.

Bir neçə il əvvəl “Qulp studio” “Rezonans” verilişinin bir buraxılışını Şəmsi Səmədzadəyə həsr edib.

O, verilişdə öz hekayəsini danışıb:

“Mən həbs olunanda böyük oğlumun 12, özüm 34, qızım 7, kiçik oğlum 4 yaşında idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün burdayam.

Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi.

Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.

12 il heç kimə icazə vermədim həbsxanaya gəlsinlər. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burda olmağımla”.

Daha ətraflı videoda:

Oxumağa davam et
Reklam

Gündəm