FHN əməliyyat görüntülərini yaydı - Publika.az
Bizi izləyin

Hadisə

FHN əməliyyat görüntülərini yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün respublika ərazisində baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

FHN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən Qusar rayonunda "LADA" markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Türkiyədə DƏHŞƏTLİ QƏZA: ölənlərin sayı artdı - FOTO - YENİLƏNDİ

Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Hadisə zamanı habelə 41 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib qəzada ölənlərə rəhmət, ailələrinə səbir diləyib.

Hadisə ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

XXX

09:06

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Oxumağa davam et

Hadisə

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Oxumağa davam et

Hadisə

Samuxda qadından tiryək götürüldü

Samuxda qadından tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən A.Quliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm