Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Təmir sexində avtomobil yandı

Qazax şəhərində yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub.

 Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Azərbaycanda dəhşətli partlayışın TƏFƏRRÜATI – Baba və nəvəsinin vəziyyəti ağırdır

Ötən gün axşam saatlarında Qazax rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən partlayış hadisəsinin təfərrüatları məlum olub.

Publika.az -ın əldə etdiyi məlumata görə, ilkin araşdırmaların nəticəsində partlayışın Daş Salahlı kəndində yaşayan 1950-cı il təvəllüdlü Vəliyev Paşa Piri oğluna məxsus fərdi yaşayış evinin həyətindəki su quyusunda baş verdiyi məlum olub. Belə ki, bir neçə gün əvvəl su quyusunun divarlarını suvayan P.Vəliyev suvağın tez quruması üçün yaşadığı evin mətbəxindən quyuya kustar üsulla qaz xətti çəkib. O, qaz xəttinin başına xüsusi avadanlıq qoşaraq alışqanla onu yandırıb. Bu zaman hovuza qaz sızması nəticəsində qapalı məkanda yanğınla müşayət edilən partlayış baş verib.

Nəticədə 72 yaşlı Paşa Vəliyev və ona kömək edən nəvəsi Emil yanıq xəsarətləri alıblar. əvvəlcə Qazax rayon Mərkəzi xəstəxanasına çatdırılan baba və nəvəsi daha sonra Respublika Yanıq Mərkəzinə göndərilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Oxumağa davam et

Hadisə

ADPU-nun kafedra müdiri vəfat etdi - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Azadxan Adıgözəlov dünyasını dəyişib.

Bu barədə Publika.az -a universitetdən məlumat verilib.

Oxumağa davam et

Hadisə

Azərbaycanda ailə faciəsi - Qayınana 29 yaşlı gəlininin meyitini tapdı

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Publika.azxəbər verir ki, rayonun Padar kənd sakini, 1993-cü il təvəllüdlü Əhmədzadə Elnaz Əliheydər qızı yaşadığı evin həyətindəki hamam otağına dəm qazından zəhərlənərək ölüb.

Hamama gedəndən yarım saat sonra qayınanası Elnazın geri qayıtmadığını görərək narahat olub. O, qapını açdıqda gəlininin huşsuz vəziyyətdə qaldığını görüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam

Gündəm