Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Nazir şöbədə arvadını öldürən polisə görə bu şəxsləri cəzalandırdı

Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə ondan şikayətçi olan arvadını güllələyib öldürməsinə görə rəsmi şəxslər cəzalandırılıb.

Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, arvadı Xanım Məmmədovanın şöbədə olduğu vaxt əri İ.Məmmədovu oraya çağıran Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanovla bağlı qərar verilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə F.Qurbanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Nazirin digər əmri ilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə şiddətli töhmət verilib.

Qeyd edək ki, İsmayıl Məmmədov şöbədə uşaqları ilə birgə təhqiqatçı Füzuli Qurbanovun otağında gözləyən arvadı Xanım Məmmədovaya xidməti silahından 15 dəfə atəş açaraq qətlə yetirib.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

"Azdrama" fəaliyyətini dayandırdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: "Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".

Oxumağa davam et

Hadisə

Bakıda qeyri-qanuni tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qeyri-qanuni tikintinin qarşısını alıb.

Bu barədə Publika.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən paytaxtın Nərimanov rayonunda Qarabağ, Ə.Vahid, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində müvafiq sənədlər olmadan qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


Oxumağa davam et

Hadisə

Bakıdakı yanğın söndürüldü - YENİLƏNDİ

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

xxx

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Oxumağa davam et
Reklam

Gündəm