Azərbaycanda qonaqlığa gedən ailə dəhşət yaşadı – Ər öldü, arvadı və övladları isə... - Publika.az
Bizi izləyin

Hadisə

Azərbaycanda qonaqlığa gedən ailə dəhşət yaşadı – Ər öldü, arvadı və övladları isə... - VİDEO

Video əlavə olunub.

 

xxx

Bir neçə ay əvvəl Hacıqabul rayonunda qadın sürücünün törətdiyi ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Hacıqabul rayon Məhkəməsində Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Natiqə Abbasova barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işin istintaqı zamanı hadisənin təfərrüatları üzə çıxıb.

Hadisəni törədən sürücü 30 iyul 2021-ci il tarixində özünə məxsus olan “Hyundai Santa Fe” markalı avtomobillə Şirvandan Hacıqabula gəldiyini, İ.Qayıbov küçəsində svetaforun qırmızı işığında dayanmaq istəyərkən yanlışlıqla qaza basdığını və qırmızıda keçərək öz yolu ilə hərəkət edən 1986-cı il təvəllüdlü Qocayev Elşən Zeynədin oğlunun sürdüyü “VAZ 2106”nı vurduğunu etiraf edib. O, bildirib ki, epilepsiyası var və hadisə vaxtı qıcolması tutub, buna görə də maşını saxlamaq əvəzinə gəldiyi sürətlə yaşıldan keçən digər avtomobili vurub. Nəticədə Elşən Qocayev hadisə yerində ölüb, onun həyat yoldaşı və 3 övladı isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Qəzanı törədən Natiqə Abbasova isə nisbətən yüngül xəsarətlərlə canını qurtara bilib. Hadisə vaxtı N.Abbasovanın yanında olan sərnişin isə maşından düşərək xəsarət almış qadın sürücünü yerə düşürdüb və hadisə yerindən uzaqlaşıb.

Məhkəmədə N.Abbasova törətdiyi hadisəyə görə çox peşman olduğunu, vəfat edən şəxsin ailəsinə vermək üçün 19 min manat pul topladığını, lakin qarşı tərəfin həmin məbləğlə razılaşmayaraq 160 min manat tələb etdiyini bildirib.

Məhkəmədə çıxış edən vəfat edən sürücünün xanımı olayı belə təsvir edib: 30 iyul 2021-ci il tarixdə ərim Elşən, uşaqlarım Əhməd, Rüqayyə və qaynım Qabilin oğlu Nemətlə Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayan anamın evinə qonaq getmək istəyirdik. Elşənin idarə etdiyi «Vaz-2106» markalı avtomobilin qabaq sağ tərəfində mən, arxa oturacaqda isə uşaqlar əyləşib saat 14:45 radələrində yola düşdük. Hacıqabul şəhəri Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxan yolda olan işıqforun yaşıl işığında Elşən idarə etdiyi avtomobili hərəkət etdirməyə başladı, Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə çıxandan sonra Şirvan şəhər istiqamətindən gələn qara rəngli «Hyundai Santafe» markalı avtomobil gəldiyi sürətlə də bizim avtomobilin sol orta hissəsindən vurdu, avtomobil aldığı zərbədən bir neçə metr yan üstə gedib yolun hərəkət hissəsində dayandı. Toqquşma nəticəsində Elşən, mən və uşaqlar xəsarət aldığımız üçün  Şirvan şəhər mərkəzi xəstəxanasına aparıldıq. Bir neçə gün sonra özümə gəldikdə Elşənin öldüyünü və uşaqların xəsarət aldıqlarını bildim. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mənə və azyaşlı uşaqlarıma 160.000 manat maddi ziyan dəyib. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşım Elşən öldüyü, mən və azyaşlı uşaqlar xəsarət aldıqları üçün maddi ziyanın əvəzi kimi təqsirləndirilən şəxsdən 160.000 manat pul tələb edirəm. Mülki iddiamda 10.000 manat qəbir daşının düzəldilməsinə, 60.000 manat müalicəmə, 50.000 manat uşaqların müalicəsinə, 20.000 manat Əhmədə dəymiş zərər, 20.000 manat Rüqayyəyə dəymiş zərər kimi hesablanım. Sığorta şirkəti ərimin ölümünə görə 5.000 manat, zərərçəkmiş şəxslər kimi mənə və uşaqların hər birinə isə 1.500 manat olmaqla, cəmi 11.000 manat sığorta ödənişi verəcək. Təqsirləndirilən şəxsin təklif etdiyi 19.000 manat pulu qəbul etmirəm və onunla barışmaq, onu bağışlamaq niyyətim yoxdur”.

Məhkəmə dhşətli qəzanı törədən Natiqə Abbasovanın hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisə zamanı özünün də xəsarət almasını, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməyə və onlarla barışmağa cəhd etməsini, müsbət xasiyyətnaməyə malik olmasını, törətdiyi əməli səmimi etiraf etməklə peşman olmasını, himayəsində 05.02.2009-cu il təvəllüdlü bir azyaşlı uşağının olmasını və uşağını təkbaşına böyüdən qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Təqsirləndirilən şəxs 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə həmçinin 160 min manatlıq iddianı baxılmamış saxlayıb.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Türkiyədə DƏHŞƏTLİ QƏZA: ölənlərin sayı artdı - FOTO - YENİLƏNDİ

Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Hadisə zamanı habelə 41 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib qəzada ölənlərə rəhmət, ailələrinə səbir diləyib.

Hadisə ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

XXX

09:06

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Oxumağa davam et

Hadisə

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Oxumağa davam et

Hadisə

Samuxda qadından tiryək götürüldü

Samuxda qadından tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən A.Quliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm