Azərbaycanda dəhşətli partlayışın TƏFƏRRÜATI – Baba və nəvəsinin vəziyyəti ağırdır - Publika.az
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli partlayışın TƏFƏRRÜATI – Baba və nəvəsinin vəziyyəti ağırdır

Ötən gün axşam saatlarında Qazax rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən partlayış hadisəsinin təfərrüatları məlum olub.

Publika.az -ın əldə etdiyi məlumata görə, ilkin araşdırmaların nəticəsində partlayışın Daş Salahlı kəndində yaşayan 1950-cı il təvəllüdlü Vəliyev Paşa Piri oğluna məxsus fərdi yaşayış evinin həyətindəki su quyusunda baş verdiyi məlum olub. Belə ki, bir neçə gün əvvəl su quyusunun divarlarını suvayan P.Vəliyev suvağın tez quruması üçün yaşadığı evin mətbəxindən quyuya kustar üsulla qaz xətti çəkib. O, qaz xəttinin başına xüsusi avadanlıq qoşaraq alışqanla onu yandırıb. Bu zaman hovuza qaz sızması nəticəsində qapalı məkanda yanğınla müşayət edilən partlayış baş verib.

Nəticədə 72 yaşlı Paşa Vəliyev və ona kömək edən nəvəsi Emil yanıq xəsarətləri alıblar. əvvəlcə Qazax rayon Mərkəzi xəstəxanasına çatdırılan baba və nəvəsi daha sonra Respublika Yanıq Mərkəzinə göndərilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Türkiyədə DƏHŞƏTLİ QƏZA: ölənlərin sayı artdı - FOTO - YENİLƏNDİ

Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Hadisə zamanı habelə 41 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib qəzada ölənlərə rəhmət, ailələrinə səbir diləyib.

Hadisə ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

XXX

09:06

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Oxumağa davam et

Hadisə

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Oxumağa davam et

Hadisə

Samuxda qadından tiryək götürüldü

Samuxda qadından tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda şübhəli bilinən A.Quliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm