Xəbərlər - Publika.az
Bizi izləyin

İdman

"Qarabağ" Rumıniya klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası ilk yoxlama matçına çıxıb.

Publika.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri Rumıniya "Qaz Metan"ı ilə görüşüb.

Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 21-də Polşanın "Şlyonsk" (Vrotslav) komandasına qarşı keçirəcək.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu

Aərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki “Tata Steel Chess” turnirində növbəti görüşünü keçirib.

Publika.az xəbər verir ki, 37 yaşlı qrossmeyster IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Xallarını 6,5-ə çatdıran Karlsen vahid lider, 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ş. Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Sem Şankland ilə qarşılaşacaq.


Oxumağa davam et

İdman

"Sabah" "Mladost"la heç-heçə etdi

Antalyada təlim-məşq toplanışında olan Bakının "Sabah" klubu sonuncu yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, Bakı təmsilçisi Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib. Razılığa əsasən, qarşılaşma 3 hissədən ibarət olub. İlk iki hissənin hərəsi 45 dəqiqə, sonuncu isə 30 dəqiqə davam edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bakı klubunun heyətində Coy-Lens Mikelis fərqlənib.

Qeyd edək ki, "Sabah" Antalya toplanışındakı əvvəl iki görüşdə Macarıstanın "Pakş" və Ukraynanın "Zarya" komandaları ilə də 1:1 hesablı heç-heçə edib.

Oxumağa davam et

İdman

Qurban Qurbanov: "Futbolçular məni buna məcbur edirlər"

"Qalibiyyət olmamasına baxmayaraq, təlim-məşq toplanışından çox razı qaldım".

Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbvanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunu barədə klubun yutub kanalına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolçuların hazırlıq səviyyəsinin sonadək eyni olması vacib idi: "Bu gün proqramımızda bir az dəyişiklik oldu. Son günə 2 oyun planlaşdırmışdıq. İlk görüş baş tutmasa da, bunu müəyyən formada kompensasiya edə bildik. Sevindirici haldır ki, hazırlıq mərhələsini zədəsiz başa vurduq. Bu, çox vacib idi".

Qurbanov yükləmələrin həddindən artıq çox olduğunu söyləyib: "İnanıram ki, burada texniki cəhətdən gördüyümüz səhvləri oyunlarda azaldacağıq. Futbolçuların hər birindən razı qaldım. Hamısı çox istəkli idi və əsas heyət üçün sonadək mübarizə apardılar. Bu gün iki heyət mübarizə apardı. İkinci hissədə meydana çıxan futbolçular xoş təəssürat oyatdılar. Bəzilərinin daha yaxşı olduğunu gördüm. Bu mənada, qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Çünki futbolçular məni buna məcbur edirlər. Düşünürəm ki, matçlarda xeyli rotasiyalar edə biləcəyik. Futbolçularıma təşəkkür edirəm. Bakıya döndükdən sonra daha yaxşı formada olacağıq".

Qeyd edək ki, "Qarabağ" Antalyada 4 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. "Köhlən atlar" ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşmada da qapılara qol vurulmayıb.

Oxumağa davam et
Reklam

Gündəm