Namik Ələskərovun komandası aşağı liqaya düşdü - Publika.az
Bizi izləyin

İdman

Namik Ələskərovun komandası aşağı liqaya düşdü

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Bandırmaspor"a qarşı I Liqanın XXXVII tur matçında iştirak edib.

Qarşılaşma Bursa təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə bitib. Görüşə start heyətdə başlayan Ələskərov 63-cü dəqiqədə əvəzlənib.

"Timsahlar" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

Rəylər
Oxumağa davam et
Reklam

İdman

“Milan” İtaliya çempionu oldu

İtaliya çempionatının 38-ci turunda "Sassuolo" futbol klubunu 3:0 hesabı ilə məğlub edən "Milan" komandası A Seriyasının qalibi olub.

Publika.az xəbər verir ki, qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurublar.

“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı olan “İnter”i iki xal qabaqlayıb.

Beləliklə, "Milan" 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb.

Oxumağa davam et

İdman

"Mançester Siti" səkkizqat İngiltərə çempionu oldu

“Mançester Siti” futbol klubu İngiltərə Premyer Liqasının final, 38-ci turunda səfərdə “Aston Villa”ya 3:2 hesabı ilə qalib gələrək turnirin qalibi olub. 

Publika.az TASS-a istinadla xəbər verir ki, görüş bazar günü Mançesterdə baş tutub.

“Mançester Siti”nin heyətində ilk qolları İlkay Gündoğan (76 və 81-ci dəqiqə) və Rodri (78) vurub. Metti Keş (37) və Felipe Koutinyo (69) 2:0 öndə olan "Aston Villa"da qol vurub.

Oxumağa davam et

İdman

Zəfər Kubokunda yarımfinalçılar bəlli oldu

İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçirilib.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında III turun 4 qarşılaşması oynanılıb.

Günün ilk matçı A qrupunda "Füzuli" və "Xocavənd" komandaları arasında olub. "Xocavənd" 9:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Qarşılaşmanı fəxri qonaq qismində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev və Azərbaycan millisinin sabiq kapitanı, "Neftçi" ilə "Keşlə"nin (hazırkı "Şamaxı") sabiq baş məşqçisi Tərlan Əhmədov izləyib.

Xatırladaq ki, "Füzuli" ilk matçında "Cəbrayıl"a 2:4 hesabı ilə uduzduğu halda, "Xocavənd" bu komandanı da yenib - 6:0.

Növbəti qarşılaşma B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasında gerçəkləşib. 2:1 hesablı qələbə qazanan "Suqovuşan" yarımfinala adlayıb. Komanda ilk görüşündə "Şuşa" kollektivini 9:1 hesabı ilə yenib, "Xocalı" isə eyni rəqibi 7:1 hesabı ilə məğlub edib. Matçı gənclər və idman naziri Fərid Qayıbov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev izləyib.

Bu oyundan əvvəl Azərbaycan Premyer Liqasında 2020/2021 və 2021/2022 mövsümlərinin ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müvafiq olaraq, Namik Ələskərov və Kadi Borges Malinovskini təltif ediblər.

Günün üçüncü qarşılaşmasında C qrupunda "Laçın" və "Qubadlı" komandaları üz-üzə gəlib. Oyunu fəxri qonaqlar qismində Milli Məclisin deputatı Cavid Osmanov və veteran futbolçu Novruz Əzimov izləyərək, topa ilk rəmzi toxunuş edib.

"Laçın" 3:2 hesablı qələbə qazansa da, "Qubadlı" daha üstün top fərqinə görə, mərhələ adlayan tərəf olub. İlk turda "Laçın" "Kəlbəcər"ə 0:2 hesabı ilə uduzubsa, "Qubadlı" qalib gəlib - 4:0.

Nəhayət, günün son oyununda D qrupunda "Zəngilan" və "Xankəndi" komandaları qarşılaşıb. Fəxri qonaqlar Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, tanınmış jurnalist Qulu Məhərrəmli və məşhur şahmatçı Zeynəb Məmmədyarova olub. "Xankəndi" 9:0 hesabı ilə qalib gəlsə də, daha üstün top fərqinə malik "Ağdam" yarımfinala çıxıb.

Əvvəlki oyunlarda "Zəngilan" "Ağdam"a 0:10 hesabı ilə uduzubsa, "Xankəndi" bu komanda ilə heç-heçə edib - 2:2.

Zəfər Kuboku

22 may

A qrupu

"Füzuli" - "Xocavənd" - 0:9

Qollar: Sərxan İbrahimoğlu (6), Ümid Süleymanov (2), Tural Məmmədli

B qrupu

"Suqovuşan" - "Xocalı" - 2:1

Qollar: İlkin Əhmədov, Nurşən Quliyev - Vəfadar Əliyev

C qrupu

"Laçın" - "Qubadlı" - 3:2

Qollar: Məğrur Salmanov (2), Ulucay Akif - Elcan Məmmədli, Rəşad Şükürov

D qrupu

"Zəngilan" - "Xankəndi" - 0:9

Qollar: Rüstəm Allahverdiyev (4), Məsim Məsimzadə (4), Emin Səfərov

Mayın 28-də keçiriləcək yarımfinal oyunlarında "Xocavənd" "Qubadlı" ilə, "Ağdam" "Suqovuşan"la görüşəcək.

Bombardirlər: Sərxan İbrahimoğlu ("Xocavənd") - 9, Nurşən Quliyev ("Suqovuşan") - 7, Məsim Məsimzadə ("Xankəndi"), Ümid Süleymanov ("Xocavənd") - 5, Rüstəm Allahverdiyev ("Xankəndi"), Xanoğlan İmanov ("Ağdam") - hər ikisi 4 qol.

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Oxumağa davam et
Reklam

Gündəm