Mesut Özil: "İslam dinində terrora yer yoxdur" - Publika.az
Bizi izləyin

Layihələr

Mesut Özil: "İslam dinində terrora yer yoxdur"

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Fransada baş vermiş faciəvi hadisəyə münasibət bildirib.

Publika.az xəbər verir ki, Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib.

32 yaşlı oyunçu "İslam dinində terrora yer yoxdur" yazıb.

Qeyd edək ki, Fransanın Nitsa şəhərində naməlum şəxs kilsənin qarşısında insanlara hücum edərək terror aktı törədib. Hadisə nəticəsində 3 nəfər ölüb. Bir neçə saatdan sonra isə Avinyonda bıçaqla silahlanmış şəxs polislərə hücum çəkib.

Rəylər
Oxumağa davam et
Reklam

Layihələr

Qadın Konsensus Mərkəzi yeni layihənin icrasına start verdi

Qadın Konsensus Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeni layihənin icrasına start verib.

Publika.az xəbər verir ki, layihə barədə məlumat verən təşkilatın sədri Aynur Camalqızı bildirib ki, “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihə 3 ay davam edəcək. Layihə çərçivəsində İşçi Qrupu yaradılacaq, iş qrafiki hazırlanacaq.

İkinci mərhələdə şəhid ailələrinin ən çox üzləşdiyi problemlər öyrəniləcək və həmin problemlər sistemləşdirilərək mütəmadi olaraq mediada dərc olunacaq. Bu mərhələdə həmçinin şəhid ailələrinin sosial problemlərinə dair ictimai müzakirələr keçiriləcək.

Daha bir ictimai müzakirə isə layihənin sonunda keçiriləcək.

Layihə çərçivəsində saytda şəhidlərimiz haqqında ətraflı məlumatlar, onların döyüş yolu, qəhrəmanlıqlarına aid materiallar və şəhid ailələrindən reportajlar veriləcək. Yekunda təkliflər hazırlanacaq.

Oxumağa davam et

Layihələr

Zeynəb Xanlarovanın o mahnısını eşidən kimi... - Atabəy Nəcəfpurla MÜSAHİBƏ

“İranda elə assimilyasiyaya məruz qalmışdıq ki, hətta “qaraqoyun” sözünün fars mənşəli olduğunu zənn edirdim. Çünki ana dilimizdə ancaq evdə danışa bilirdik”.

Bu sözləri Publika.az-a müsahibəsində Norveçdə yaşayıb fəaliyyət göstərən diaspor fəalı Atabəy Nəcəfpur bildirib.

- Cənab Nəcəfpur, öncə İrandan Norveçə uzanan məşəqqətli yolunuz haqda danışmağınızı istərdim.

- 1961-ci ildə Güney Azərbaycanın Urmu şəhərinin Urmu gölünün yaxınlığında yerləşən Yengecə kəndində anadan olmuşam. Ulu babamın qardaşı Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfər Pişəvərinin əsgəri imiş. Yadıma gəlir ki, uşaq olanda böyüklərimiz çay içib söhbətləşəndə Milli Hökumətdən danışardılar. O vaxtlar başa düşməzdim, amma illər keçdi, İran adlanan ölkədə 1978-79-cu illərdə inqilab baş verdi. 18 yaşımda doğma torpaqlarımı tərk etmək məcburiyyətində qaldım. Uzun səyahətim də məhz burdan başladı.

İran adlanan ölkə tərəfindən həbs edilmişdim və üzvü olduğum təşkilat məni həbsdən qaçıraraq xilas eləmişdi. Artıq İran adlanan ölkədə yaşamağım qeyri-mümkün idi. Xilas olduğum gecə ailəmlə təcili vidalaşıb yola çıxdım. Bilirsiniz, Urmu Türkiyənin sərhədinə yaxın bir yerdə yerləşir. Lakin o səfər həyatımın ən uzun yolçuluğu oldu. Qarşıda məni gözləyənlərdən xəbərsiz idim.

- Türkiyəyə pənah apardınız...

- Elədir. Çox böyük çətinliklə sərhədi aşıb, Türkiyəyə keçdim. Helanə adlı kənddə türk əsgərlərinə yaxalandıq. Ancaq gözləmədiyim bir hadisə ilə qarşılaşdım. Türk əsgərləri bizi canla-başla qucaqlayıb, öz idarələrində qonaq elədilər. Ertəsi gün Həqqari şəhərinə göndərdilər. Son məqamadək bizə dəstək oldular. Türkiyədəki Xarici İşlər Nazirliyinin əməkdaşlarına əmanət etdilər ki, təhlükəsizliyimiz təmin olunsun. 15 gün Həqqaridə qonaq olduq. Türk əsilli olduğum üçün orda keçirdiyim 15 gündə polislərlə çox səmimi dostlaşdım və məndən tərcüməçi kimi çalışmağımı rica etdilər.

- Yeni məkana alışa bildiniz?

- Əməkdaşlığımız uğurlu oldu. Polislər bütün rahatlığımı təmin etdilər. Həmin müddətdə İranın ən məşhur şou aparıcısı Fereydun Fərruxzadın, keçmiş nazirlərin, ordu generallarının tərcüməçiliyini etdim. 15 gün sonra polislər məni İstanbula göndərdi. İran adlanan ölkənin təşkilatlarına daxil olub İran İslam rejiminə qarşı fəaliyyət göstərdiyim üçün çox peşman olmuşdum. Bir gün həyatımı dəyişən hadisə baş verdi. İstanbulda qaldığım hotelə bir nəfər gəldi və mənə sual verdi ki, burda azərbaycanlı varmı? Ona səsləndim ki, qərbi azərbaycanlıyam. O vaxtlar Güney, Quzey Azərbaycanın nə olduğunu bilmirdik, ancaq bilirdim ki, əslim türkdür.

Əvvəllər bu şəxsin dediklərinə etiraz etməyə başladım. Fikirlərini rədd edirdim. Bunun səbəbi isə öz tariximə bələd olmamağım idi. İranda elə assimilyasiyaya məruz qalmışdıq ki, hətta “qaraqoyun” sözünün fars mənşəli olduğunu zənn edirdim. Çünki ana dilimizdə ancaq evdə danışa bilirdik.

- Yenidən doğulduğunuzu hiss etdiniz?

- Bilirsiniz, 12 dekabr 1946-cı ildə Azərbaycan Milli Hökuməti İran fars rejiminin əli ilə süquta uğramışdı. Bizə isə İranda bu “şanlı tarix”i sanki farslar düşmən Pişəvəridən bizi xilas etmiş kimi tanıdırdılar. Bu yalan hələ də İranda davam edir. Vaxt keçdikcə, bu şəxslə baş tutan söhbətlərimizdən sonra addım-addım milli kimliyimə qovuşurdum. Həmin şəxsin soyadını qürurla ifadə etmək istəyirəm. Təbriz əsilli müəllim Hocetti bəy. O, minlərcə Azərbaycan türk əsilli insanların təhsilinə böyük töhfə verib. Bizi milli varlığımız və kimliyimizlə tanış etdi. Onun sayəsində əsl Azərbaycan türkü olduğuma əminliyim artdı.

- Türkiyədə neçə il yaşadınız?

- 11 ilə yaxın Türkiyədə yaşadım. 89-cu ilin sonu Türkiyənin Daxili İşlər Nazirliyindən, yəni Ankaradan mənim İstanbuldakı polis müdiri olan dostuma teleqraf gəldi. Nə xoşbəxt mənə ki, bu teleqraf barədə məlumat sızdırdılar, bu, mənim xilasım oldu. Həmin məktubda mənimlə bağlı dəhşətli məlumatlar yazılmışdı. Məni həbs edib İran hökumətinə təslim etməli idilər. Teleqrafda yazılanlardan xəbərdar olar-olmaz təcili Ankaraya yola düşdüm. Səhər tezdən isə Birləşmiş Millətlər Təşkilatının ofisinə gedib özümlə bağlı məlumat verdim. Onlar məni təcili öz himayələrinə götürdülər və Xarici İşlər Nazirliyinə bildirdilər ki, ən qısa vaxtda Türkiyəni tərk edəcəm. Yenə səfərə çıxdım - bilmədiyim, tanımadığım bir ölkəyə... 20 gün içərisində Norveçə göndərildim.

- Bu ölkə haqda məlumatınız var idi?

- Norveç haqqında bildiyim təkcə bu idi ki, ölkə 6 ay aydınlığa, 6 ay isə qaranlığa bürünür. Soyuq qış günü Norveçə gəlib çatmışdım. Çatdığım yerdə qardan başqa nəsə görmürdüm. Şaxta idi və mən belə bir soyuq havanı daha əvvəllər hiss etməmişdim. Baxdığım her yer ağ idi. Hətta maşınlar sanki qar tunelindən hərəkət edirdi. 6 il Norveçin quzeyində yaşadım, ailə həyatını orada qurdum və övladım Şervin Nəcəfpur dünyaya göz açdı.

Qızım Azərbaycanımızın SSRİ-nin əsarətindən qurtulub müstəqilliyinə qovuşduğu il anadan oldu. Artıq bizim rəsmi dövlət olaraq tanınan vətənimiz vardı. 90-cı illərin əvvəllərindən Azərbaycan mədəniyyətini Novruz bayramlarını təşkil edərək, dadlı yeməklərimizi bişirərək tanıdırdıq. O vaxtlar biz bunun adının diaspor fəaliyyəti olduğunu belə bilmirdik. Evdə isə dostlarımın mənə göndərdiyi audio və video kasetlər dinləyib öz dilimizdə danışırdıq. O vaxtlar telefonla sevdiklərimizlə ürəyimizcə söhbət etmək mümkün deyildi. Məktublar isə aylarla gedib ünvana çatırdı. Yaşadığım şəhərdə ən azı 30 azərbaycanlı məskunlaşmışdı. Ancaq hamısı Güney Azərbaycan türkləri idi.

95-ci ilin avqustunda Norveçin paytaxtı Osloya köçdük. Çünki artıq paytaxtda işə başlamışdım. Vaxt keçdikcə burada yaşayan azərbaycanlılar və türklərlə münasibətimiz quruldu. Amma həmin dövrdə informasiya qıtlığı yaşanırdı. Ümummilli liderimiz Heydər Əliyevin Norveçə rəsmi gəlişini bir müddət sonra yerli qəzetdə oxumuşdum. Çox sevinmişdim ki, Azərbaycanımızın prezidenti Norveçə səfər edir və iki neft ölkəsi arasında münasibət formalaşır.

Aucune description disponible.

- Bildiyim qədərilə, həmin illərdə böyük sənətkarlarımızın konsertlərini də təşkil etmişdiniz?

- Bir gün dostum zəng etdi ki, Norveçin nüfuzlu konsert salonlarından birində Cavid Təbrizlinin konserti baş tutacaq. Həmin konsertdə yüzlərcə həmyerlilərimizlə tanış oldum. Konsert vaxtı qızım səhnəyə qalxıb rəqs eləməyə başladı. Sonra Cavid bəy bizi yanına çağırdı. Qızım üçün “Ay qəşəng cücələrim, tükü ipək cücələrim, mənim göyçək cücələrim” mahnısını oxudu və öyrətdi. İllərdir görmədiyim dostumu və ailəsini də orada tapdım. O da İsveçrəyə köçmüşdü. O gecədən sonra özümü doğma torpağımda hiss eləmişdim. Həm qədim doğmaları görmüşdüm, həm də yeni dostlar qazanmışdım.

97-ci ildə dostlarla qərarlaşdırdıq ki, Zeynəb Xanlarovanın Norveçdəki konsertini təşkil edək. Maddi ziyana düşmüşdük, ancaq onun “Yaşa, Azərbaycan” mahnısını eşidən kimi bütün məişət problemlərimizi unutmuşduq. 2003-cü ildə rəsmi olaraq Norveçdə diaspora təşkilatı qurduq və həmin il orada “Azərbaycan Səsi” radiosunu yaratdıq. Ciddi şəkildə diaspora işlərinə başladıq. Məqsədimiz Norveçdə yaşayan bütün Azərbaycan türklərini bir araya cəlb edib ölkəmizdə baş verənlərlə bağlı maarifələndirmək, tariximizi, mədəniyyətimizi və Azərbaycan həqqiətlərini tanıtdırmaq idi. Hazırda qızım bu müqəddəs yolu davam etdirir. Yaradıcısı olduğu “CAN” təşkilatı uğurlu işlər görür. Bütün fəaliyyətimizi, mitinqləri, konsertləri könüllü həyata keçiririk. Qazancımızla diaspor fəaliyyətlərimizi daha da gücləndirmək üçün hər ay pul toplayırıq. Burda doğulan, boya-başa çatan övladlarımızın milli kimliklərinə sahib çıxmaları üçün çalışırıq. Düzdür, digər ölkənin dəyərlərinə hörmətlə yanaşmaq, inteqrasiya etmək, təhsil alıb tolerant böyümək vacibdir, amma bununla yanaşı, onlara əsilləri ilə qürur duymalarını da aşıladıq.

Aucune description disponible.

- Qürbətdə yaşayan həmvətənlərimiz üçün bu, çox önəmlidir.

- Bilirsiniz, mən öz ana dilimi səlis bilmirəm, Urmuda yaşayanda müxtəlif yollarla əldə etdiyim, lakin ərəb əlifbası ilə yazılmış kitabları bir az öyrəndim. Çünki doğulduğum yerdə Azərbaycan dili qadağan idi, kitabları yandırırdılar, insanlarımızı həbs edirdilər. Mən ancaq evdə valideynlərimdən örnək alıb dilimizi yaşadırdım. Övladıma da aşılamağa çalışdım. Qızımın taleyi mənimlə eyni olmasın deyə, ona latın əlifbası ilə yazılmış kitabları çətinliklə olsa da, əldə edib oxuyurdum. Evdə isə klassiklərimizi dinləyirdik.

(ardı var)

Leyla Sarabi

Oxumağa davam et

Layihələr

Ruh hansı orqanda yerləşir və insan öldükdən sonra o hara gedir?

Ruhla bağlı müzakirələr bir çox suallar doğurur. Ruhvarmı? Varsa, haradadır? İnsan öldükdən sonra o haragedir?

Publika.az “Sirli Mələk” layihəsində bu dəfəinsan oğlunu əsrlərdir maraqlandıran ruhumuzla bağlı suallara cavabtapmağa çalışdı.

Astral bədənin çəkisi nə qədərdir?

XX əsrin əvvəlləri amerikalı həkim Dunkan Makduqall insanlarınölümdən əvvəl və sonrakı çəkisini təyin edən təcrübələr həyatakeçirib. Təcrübə əsnasında ölüm ayağında olan xəstə son günləriniböyük tərəziyə bənzər yatağa yerləşdirilib. Makduqall insan ölərkəntərəzinin əqrəblərinin dəyişdiyini görüb. Qohumlarının razılığı ilə6 ölümcül xəstə üzərində çəki hesablama təcrübəsi aparılıb. Onlarölərkən bədənlərin çəkisi 21,26 qram azalıb.

1988-ci ildə Makduqallın təcrübəsini Almaniya, daha sonra isəABŞ alimləri təkrarlayıb. Onlar da təcrübəsində xəstələrin ölənzaman çəkilərinin azalması müşahidə ediblər. Təkmilləşdirilmiştexnikanın hesabına azalma miqdarı daha az göstərilib - 2,5 qramdan6,5 qrama kimi.

İsveçrə alimləri fərz edirlər ki, ruh insanı təkcə öldükdənsonra yox, yatarkən də tərk edə bilər. Sinaqdan keçənlər bir neçəgün həssas tərəzi-yataqlarda yatıblar.

Nəticələr eyni idi: dərin yuxuya getmiş insanların çəkisində 4-6qram azalma müşahidə olunub, oyandıqdan sonra isə əvvəlkiçəkilərinə qayıdıblar.

Belə təcrübələr Rusiyada da keçirilirdi, ancaq heyvanlarüzərində. Mstislav Miroşnikovanın rəhbərliyi altında işləyəntədqiqatçı qrup siçanlar üzərində eksperiment keçirib. Deməli,siçanları elektrik çəki üzərindəki bağlı qaba yerləşdiriblər. Birneçə dəqiqədən sonra siçanlar havasızlıqdan boğularaq ölüb. Vəonların çəkisində də azalma müşahidə olunub.

Bütün bu təcrübələr bir şeyi göstərir: birincisi ruh var və onəinki insanlarda, hətta heyvanlarda da mövcuddur. Bundan başqa ruhhəm də müəyyən fiziki xassələrə malikdir. Əgər ruhun çəkisini təyinetmək olursa, bəs niyə biz onu görə və fotosunu çəkə bilmirik?

Ölərkən saatın əqrəbləri niyə dayanır?

Ruhun olduğunu çəkidən başqa nə ilə sübut edə bilərik? Fransızhəkim İppolit Baradyük xəstələrini ölən zaman foto lentə alırmış vəbu fotoşəkillərdə ölən zaman cansız cəsədin üzərində yarı şəffafbulud əmələ gəldiyi görülüb.

Sankt-Peterburqdan olan həkimlər eyni məqsədlə infraqırmızıgörmə cihazlarından istifadə ediblər. Onlar insan bədənindənayrılan dumanın yuxarı qalxaraq, ətrafa yayıldığını görüblər.

Amerikalı psixoloq Çarlz Tart öləcək insanların palatasınaossiloqraf cihazı yerləşdirib. Xəstə öləndən sonra cihazelektromaqnit sahəsində dəyişikliklər qeydə alıb. Bu ruhun bədənitərk edən zaman ətraf mühitə etdiyi təsirin nəticəsi olabilərmi?

Delaver ştatında olan doktor Melvin Mors narkotik qarabasmalarıkeçirdən xəstələri araşdıran zaman maraqlı fakta rast gəlib.Narkotik asılı xəstələrin dörddə biri həyatla ölüm arasında olanhissi yaşadıqlarını deyiblər. Maraqlı odur ki, bu hallarda onlarolduqları məkanda saatların əqrəblər dayanıb...

Klinik ölüm və ruhun bədəni tərk etməsi...

Hələ 1970-ci ildə amerikalı psixoloq Raymond Moudi ölümlə üz-üzəqaldıqdan sonra həyata dönən xəstələrin keçirtdiyi hissləriaraşdırmış. XXI əsrin əvvəlləri bu tip araşdırmalar Londonpsixiatriya universitetində keçirilirdi.

Tədqiqatın nəticələri hər kəsi dəhşətə gətirib: məlum olub ki,insan şüuru beynin funksiyası ilə bir başa əlaqədə deyil və o,bədən də fiziki proseslər bitən də belə işləyir.

Quraşdırılmış cihazlar demək olar ki, həmişə eyni şeyigöstərirdi. Əvvəlcə beynin güclü elektrik aktivliyini göstərirdi.Alimlər bunu belə izah edir: bütün neyronlar zəncir kimi bir-biriilə əlaqəlidir və öldükdə sonra orada onun qırılması baş verir.Daha sonra beynin fəaliyyəti dayanır və heç bir cihaz onuqeydiyyata ala bilmir.

Klinik ölüm yaşamış insanların ən çoxu tuneldə getdiklərini vəağ işığın onları çağırdıqlarını görüblər. Bunun izahını indiyə kimitapa bilməyiblər. Amma bir nəticə çıxartmaq olar: bizim şüurumuzbeynimiz və bədənimiz olmasa da mövcud ola bilər. Qısa müddətliolsa da bu mümkündür.

Doğuş zamanı ruhumuz hara gedir?

Ruhun bədəni tərk etməsini adətən yoqlara və şamanlara aidedirlər. Onların ruhları girdikləri trans nəticəsində başqa zamanvə məkana səyahət edə bilir.

RAN psixologiya universitetinin alimləri tədqiqat məqsədi iləinsanları hipnotik transa salaraq, onların qabağına məqsədqoymuşlar: başqa məkana səyahət. Ruhun “uçacağı” məkana isə xüsusiqurğular yerləşdirmişlər və insanın olmadığı evdə quraşdırılancihazlar elektromaqnit aktivliyi qeydə almışdır.

Təcrübələrin nəticəsi: ruh doğrudan uça bilir.

Professor Leonid Spivak, habelə mamalıq və ginekologiyauniversiteti RAMN-ın əməkdaşları doğan qadınların 8 faizinin ruhunbədəndən çıxma hissini yaşadıqlarını bildirib. Fiziki ağrılarlamüşahidə olunan ağır doğuş zamanı insanın şüurunun istiqamətinidəyişərək, ruhun başqa yerə səyahət etməsinə gətirib çıxardır.Doğan qadınlar bununla bağlı daha əvvəl məlum olmayan sübut vəfaktlar danışıblar.

Ruhumuz hansı orqanımızdadır...

Yuxarıda sayılan bütün faktlar ruhun olduğuna sübut edir. Bəs oharada yerləşir? İnsanın hansı orqanı ilə əlaqədədir?

Alimlər burada hələ ki, ortaq məxrəcə gələ bilməyiblər. Məsələn,Detroytada olan məşhur psixoloq Pol Pirsellin fikrinə görə, ruhumuzhüceyrələrində bizim düşüncələrimiz və hisslərimiz haqqında bütüninformasiyanı daşıyan ürəkdə yerləşir. Bunun sübutu kimi ürəkköçürülmə zamanı insanın xarakterinin dəyişməsini gətirir.

Başqa mütəxəssislər ruhun beyində yerləşdiyini deyib. Amma əksərtədqiqatçılar ruhun insan bədəninin hər yerində, bütünhüceyrələrində yerləşdiyi fikrindədirlər.

Ölümdən sonra insan ruhu hara yollanır?

Demək olar ki, bütün mütəxəssislər ölümün şəxsiyyətin məhvolması yox, məhz başqa keyfiyyətli vəziyyətə keçid aldığınıdüşünür. Düzdür, ruhun gələcək varlığını hərə bir cürə görür.

Kimsə ruhun Kainatın bio sahəsinin bir hissəsi kimi yaşamağadavam etdiyini deyir. Bir sözlə, fiziki bədən öldükdən sonra ruhqanunlarını bilmədiyimiz qeyri-material bir dünyaya köç edir.

Başqa tədqiqatçılar isə düşünür ki, ölənlərin ruhu yeni doğulmuşkörpələrə keçir. Hindistanlılar inamına görə, ruh 1-dən 50-yə kimibədən dəyişə bilər. İnsanların qəflətən başqa dildə danışması və yauzaq keçmişdən hər hansı hadisəni xatırlaması bunun sübutudur.

Məsələn, Londonda yaşayan evdar xanım Rozmari Brouna ölmüşbəstəkarlar Şopen, Lista və Bethovenin ruhları tez-tez baş çəkməyəbaşlayıb. Onların diktəsi ilə, Rozmari 400 bitmiş musiqi əsərləriniyazıb.

Bir müddət sonra müasir avtoritet musiqiçilər evdar xanımınyazdığı musiqiləri araşdıraraq belə bir nəticəyə gəlib: onların birçoxu müəllif əlyazma nüsxələri ilə tam üst-üstə düşür, bəziləri isəorijinal olub, ən xırda detalları belə bəstəkarlarının musiqiüslubunu əks etdirir!

Düzdür, tədqiqatlar ruhun harada olduğunu və öldükdən sora haragetdiyi haqda dəqiq cavablar vermir. Amma bir şey məlumdur. Ruhvar!

Yoxsa bizi üzən hadisələr niyə ruhumuzu ağrıtsın ki..?

Mələk Heydərova

Oxumağa davam et
Reklam

Gündəm