Rafael və Coşqundan KVN qalmaqalına SƏRT REAKSİYA: İstəmirlərsə... - Publika.az
Bizi izləyin

Maqazin

Rafael və Coşqundan KVN qalmaqalına SƏRT REAKSİYA: İstəmirlərsə... - VİDEO

Video əlavə olunub.

xxx

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər.

Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları “Bu şəhərdə” komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırıb.

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan Əməkdar artist Rafael İsgəndərov deyib ki, heç kim konsertə məcburi olaraq aparılmır:

“Mən o işlərdən tam uzaqdayam. Bilmirəm. Bu sualınıza Müşfiq özü cavab versə, yaxşıdır. KVN-dən heç bir anlayışım yoxdur. Qaldı ki, camaatın təhqirinə, kim nə fikirləşir fikirləşsin. İstəmirlər gəlməsinlər, Allah canlarını sağ eləsin. Gəlirlər yenə də Allah canlarını sağ eləsin. Bu barədə heç nə danışmaq istəmirəm. Çünki mövzu çox çeynənilib. Boykot edirlər, nə bilim nə edirlər.

Otursunlar yaxşı fikirləşsinlər, yaxşı analiz eləsinlər. Nə edirlər etsinlər. Heç kəs heç kəsin filminə, konsertinə məcburi getmir. Gəlsələr də, gəlməsələr də sağ olsunlar”.

Əməkdar artist  Coşqun Rəhimov da Ölkə.Az-a açıqlamasında münasibət bildirməkdən çəkinib:
“Mənim ondan (KVN) anlayışım yoxdur. Müşfiq Abbasov gələcək və bir prodüser kimi cavab verəcək. Artıq sözlərə ehtiyac yoxdur”. 

Boykot çağırışlarından danışan aktyor bu sözləri deyib:
“Eybi yox, hər şeyi zaman göstərər”, - C.Rəhimov bildirib.

Qeyd edək ki, Müşfiq Abbasov eyni zamanda “Bu şəhərdə” komandasının ssenaristidir.

Rəylər
Oxumağa davam et
Reklam

Maqazin

Nadir Qafarzadə gəlini ilə FOTOSUNU PAYLAŞDI

Müğənni Nadir Qafarzadə sosial mediada paylaşım edib.

Publika.az xəbər verir ki, müğənni "instagram" hesabında həyat yoldaşı və gəlini ilə fotosunu paylaşıb. Onun paylaşımı marağa səbəb olub. İzləyicilər fotoya xoş sözlər yazıblar.

Qeyd edək ki, Nadirin oğlu Loğman və Əntiqənin toyu ötən ilin dekbarında olub.

Oxumağa davam et

Maqazin

Tuğba Ekincidən İDDİALI PAYLAŞIM: dəsmal ilə... - FOTO

Cəsur pozaları və diqqət çəkən açıqlamaları ilə tez-tez adı hallanan müğənni Tuğba Ekinci iddialı paylaşım edib. 

Publika.az "Sondakika"ya istinadla xəbər verir ki, Sapancada tətildə olan Ekinci hovuzdan çıxarkən çılpaq bədənini örtən dəsmal ilə pozalar verib.

İti dili və cəsarətli pozaları ilə gündəmdən düşməyən 44 yaşlı müğənni, bir müddət əvvəl yay mövsümünü bikinili pozaları ilə açıq elan etmişdi.

Oxumağa davam et

Maqazin

Zümrüddən Röya ilə bağlı MARAQLI AÇIQLAMA: "Üzümə baxıb dedi ki..." - VİDEO

Zümrüd məclislərin birində müğənni Əkbər Əliyevə “sən” deyə müraciət etdiyi üçün Röyanın onu acıladığını bildirib.

Publika.az o bu barədə aparıcısı oduğu verilişdə məlumat verib.

"Röya bir dəfə Əkbərə görə məni çox pis acıladı. Toyda əyləşmişdik, bu anda Əkbər gəldi. Dedim, “Əkbər, salam, necəsən?”, Röya üzümə baxıb dedi ki, “sən Əkbərə “sən” deyə müraciət edirsən?

O an Röyaya deyə bilmədim ki, ay Röya, biz artıq Əkbərlə 20 ildir o münasibəti qoruyub saxlamışıq", - aparıcı qeyd edib.

Həmçinin, Bədəlova Röyanın dostlarına qarşı çox qısqanc olduğunu vurğulayıb.

Ətraflı süjetdə:

Oxumağa davam et
Reklam

Gündəm