Maqazin
Rövşanədən qalmaqallı sözlər: xəyanətə qatlaşıb yaşayan qadınlar...

Sevgi vacib bir şeydir. Amma mənə görə bir yaşdan sonra digər yarını tapmaq çətinləşir. Qəlbimi fəth etmək çox çətindir. Zamanında fəth olundu... Bir azdan qızıma elçi gələcək. Bu, həyatdır, heç vaxt yox deyə bilmərəm. Bəzən Allah elə bir anda qarşına sevgini çıxara bilər ki, təslim olarsan. Nə qədər davam edəcək, o, ayrı məsələdir.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "MTV Azərbaycan"da Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Üzə-düz" verilişində deyib.
Aparıcı sevgi ilə bağlı sualları cavablandırıb:
"Ölüm və doğum tarixi arasında bir xətt var. O xətti sən necə, hansı tərzdə yaşayırsan, bu, sənə aiddir. Bacar yaxşı yaşa, xoşbəxt ol. Hər şeyi Tanrının boynuna yükləmə. Kimsəyə görə həyatını qurban vermə. Mən xəyanətlə yaşaya bilmərəm. Başqa bir qadının yanından mənim yanıma gələcəksə, ya mən qisas alacam mütləq, ya üz çevirib gedəcəm, ya da orda kitabı bağlayacağıq. Xəyanətə qatlaşıb yaşayan qadınlar iqtisadi baxımdan ərlərindən asılıdırlar, uşaq naminə dözürlər. Təsəvvür edin, o qadın nə qədər əzab çəkir, özünü fəda edir. Əslində, o qadına heykəl qoyulmalıdır. Yəni, özünə hörmət edən qadın əziyyət çəkəcək. Ya da kişi xəyanətini bildirməməlidir. Hansı kişi gəlib deyər ki, xəyanət etmişəm, bu, çox gülməli olar. Bir məsələ də var. Mən deyə bilmərəm ki, xəyanət etməyən kişi yoxdur. Ömür boyu bir qadınla yaşayan, həyat yoldaşlarını sevən kişilər də var. Mən özüm isə heç nəyi unutmuram: nə yaxşılığı, nə də pisliyi. Xəyanəti də unutmuram. Beynimin bir küncündə ilişib qalır. Oyatmıram, etsəm, xoşagəlməz varlığa çevrilə bilərəm".
R.Ağasəfqızı nikahdankənar uşaq dünyaya gətirən qadınlara səslənib:
"Qadının nikahı, evi yoxdur, amma 5 uşaq dünyaya gətirib. Gəlib televiziyanın qarşısına deyir, mənə kömək edin. Axı o uşaqları yedirtmək, oxutmaq var. Uzaqbaşı sığınacaq üçün harasa müraciət edə bilərəm. Nikahsız bu addımı atmayın. Nikah sabah boşanmada alimentdir, ev bölgüsüdür. Uşağa məktəbdə lazım olur. Mental dəyərlər üçün lazımdır. Düzdür, indi vətəndaş nikahı ilə yaşayanlar da var, bu, normaldır.
Hə, ola bilər ki, bir imkanlı şəxs çıxacaq sənə 3, 5 min kömək edəcək, uşağın müalicə olunacaq. Bununla iş bitmir... Bir çox verilişlər var ki, bunun üzərindən reytinq yığmaq üçün o qədər şoulaşdırırlar. İnsanlar da bunu anlamırlar, deyirlər, gedib filan verilişə çıxım, həll olunacaq".
Maqazin
Nadir Qafarzadə gəlini ilə FOTOSUNU PAYLAŞDI

Müğənni Nadir Qafarzadə sosial mediada paylaşım edib.
Publika.az xəbər verir ki, müğənni "instagram" hesabında həyat yoldaşı və gəlini ilə fotosunu paylaşıb. Onun paylaşımı marağa səbəb olub. İzləyicilər fotoya xoş sözlər yazıblar.
Qeyd edək ki, Nadirin oğlu Loğman və Əntiqənin toyu ötən ilin dekbarında olub.
Maqazin
Tuğba Ekincidən İDDİALI PAYLAŞIM: dəsmal ilə... - FOTO

Cəsur pozaları və diqqət çəkən açıqlamaları ilə tez-tez adı hallanan müğənni Tuğba Ekinci iddialı paylaşım edib.
Publika.az "Sondakika"ya istinadla xəbər verir ki, Sapancada tətildə olan Ekinci hovuzdan çıxarkən çılpaq bədənini örtən dəsmal ilə pozalar verib.
İti dili və cəsarətli pozaları ilə gündəmdən düşməyən 44 yaşlı müğənni, bir müddət əvvəl yay mövsümünü bikinili pozaları ilə açıq elan etmişdi.
Maqazin
Zümrüddən Röya ilə bağlı MARAQLI AÇIQLAMA: "Üzümə baxıb dedi ki..." - VİDEO

Zümrüd məclislərin birində müğənni Əkbər Əliyevə “sən” deyə müraciət etdiyi üçün Röyanın onu acıladığını bildirib.
Publika.az o bu barədə aparıcısı oduğu verilişdə məlumat verib.
"Röya bir dəfə Əkbərə görə məni çox pis acıladı. Toyda əyləşmişdik, bu anda Əkbər gəldi. Dedim, “Əkbər, salam, necəsən?”, Röya üzümə baxıb dedi ki, “sən Əkbərə “sən” deyə müraciət edirsən?
O an Röyaya deyə bilmədim ki, ay Röya, biz artıq Əkbərlə 20 ildir o münasibəti qoruyub saxlamışıq", - aparıcı qeyd edib.
Həmçinin, Bədəlova Röyanın dostlarına qarşı çox qısqanc olduğunu vurğulayıb.
Ətraflı süjetdə:
- Qoroskop23 May 2022 00:15
Günün ULDUZ FALI: o insanlarla bağlı narazılıq yarana bilər
- Dünya23 May 2022 00:00
İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"
- Dünya22 May 2022 23:50
Dünyanı gözləyən aclıq Rusiyaya niyə sərf edir?
- Sağlamlıq22 May 2022 23:41
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
- Təhlil22 May 2022 23:13
Moskva Le Penin "xəcalətindən" necə çıxıb?: 9 milyonluq kredit, üzə çıxan gizli SMS...
- Maqazin22 May 2022 22:55
Nadir Qafarzadə gəlini ilə FOTOSUNU PAYLAŞDI
- Maqazin22 May 2022 22:49
Tuğba Ekincidən İDDİALI PAYLAŞIM: dəsmal ilə... - FOTO
- Sosial22 May 2022 22:31
Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO