Nazirliklə ABADA arasında imzalanmış memorandumun müddəti uzadıldı - Publika.az
Bizi izləyin

Avto

Nazirliklə ABADA arasında imzalanmış memorandumun müddəti uzadıldı

Beynəlxalq daşımaların abtomobil nəqliyyatı növündə iqtisadi vasitə sayılan “İcazə” blanklarının daşıyıcılar arasında bölüşdürülməsinə dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA İctimai Birliyi arasında imzalanmış memorandumun müddəti uzadılıb.

Publika.az xəbər verir ki, məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşma sənədi avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaratmağa hədəflənib.

Memoranduma əsasən, kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə” blanklarının eləcə də, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün istifadə olunan, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinə olan tələbatın müəyyən edilməsi və həmin icazələrin yerli avtodaşıyıcılar arasında bölgüsünün qəbul edilən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi bu il də ABADA-nın nəzdində yaradılan Xüsusi Komisssiya tərəfindən icra ediləcək.

Qeyd edək ki, “İcazə” blanklarının bölgüsünün təkmilləşdirilməsi ehtiyacını nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABADA İctimai Birliyi arasında “avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” ilk Memorandum 27 may 2021-ci tarixində imzalanıb.

Yeni razılaşma ilə ötən il imzalanan bütün şərtlər və qaydalar qüvvədə qalacaq. Ötən ilki memorandumdan irəli gələn, qarşıya qoyulan hədəflərə və şərtlərə isə tam əməl edilib.

-“İcazə” blanklarının bölgüsünü həyata keçirmək üçün Xüsusi Komissiya formalaşdırılıb.

-“İcazə” blanklarının bölgüsü ilə bağlı reqlament müəyyən edilib.

-Nağdsız ödəniş sisteminə tam keçid edilib.

-Yük nəqliyyat vasitələrinin vahid bazası formalaşdırılıb.

-Beynəlxalq avtomobil daşımaları bazarı barədə toplanan datanın hesabına “İcazə” blanklarının daşıyıcılar arasında bölgüsünün narazılığı minimuma endirəcək dəqiq meyarları müəyyən olunub.

-Beynəlxalq daşımalar bazarı barədə aparılmış təhlillər nəticəsində uzunmüddətli perspektivdə bu sahədə yeni yanaşmaların formalaşdırılması üçün baza yaradılıb.

-Avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, ABADA İctimai Birliyi könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir. ABADA 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ölkə ərazisində “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük Konvensiyası üzrə təminat orqanı olaraq müəyyən edilib. Birliyin avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların yerli və beynəlxalq səviyyədə təmsil olunması ilə bağlı çoxillik təcrübəsi və müsbət işgüzar nüfuzu vardır. Birlik Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik yeganə assosiasiyasıdır.


Rəylər
Oxumağa davam et
Reklam

Avto

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə AAF-dan məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Yürüşdə iştirakçılar və tamaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər AAF tərəfindən mükafatlandırılacaq. İştirakçılar və tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri mayın 29-u saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaq.

Oxumağa davam et

Avto

Bakı metrosunda PROBLEM YARANDI

Bakı Metropoliteninin "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb. 

Publika.az-ın məlumatına görə, qatar 25 dəqiqədir stansiyanın platformasında qalıb.

Hazırda stansiyaya köməkçi qatar göndərilib və nasazlıq yaranmış qatar ehtiyat yola keçirilir. 

Qatarlar digər marşrutlar üzrə - "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər.


Oxumağa davam et

Avto

Ankaradan KRİTİK AÇIQLAMA: "Bu olmadan müharibəyə son qoymaq mümkün deyil"

"Rusiya Federasiyası təkcə Ukrayna ilə deyil, Qərb dövlətləri ilə də danışıqlar masası arxasına oturmaq istəyir. Bu, Moskvaya yeni böyük saziş bağlamaq üçün lazımdır".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Biz bilirik ki, Rusiya təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masasına oturub yeni böyük saziş bağlamaq istəyir. Sual həm Ukraynadadır, həm də Ukraynada deyil. Daha dərin bir strateji hesablama var ki, bura Ukrayna da daxildir. Burada düzgün tarazlığı bərpa etmədən döyüşlərə və son nəticədə müharibəyə son qoymaq mümkün deyil", - Kalın qeyd edib.

O bildirib ki, danışıqların mümkün olması üçün bütün tərəflərin, o cümlədən Avropa və ABŞ konstruktiv mövqe tutmalıdırlar:

"Ankara avropalı və amerikalı diplomatlarla intensiv danışıqlar aparır. Həmçinin Rusiya və Ukrayna dövlət başçılarının üzbəüz görüşməsi üçün müəyyən şərtləri yerinə yetirmək, danışıqlarda müəyyən irəliləyiş əldə etmək lazımdır. İstanbul Prosesi uzun bir yol keçib, lakin liderlərin görüşməsi üçün müəyyən vaxt lazım ola bilər. Təəssüf ki, son həftələr baş verən hadisələr bu prosesə mənfi təsir göstərdi. Amma biz səbir və əzmlə müharibə yolu ilə deyil, danışıqlar və dialoq yolu ilə irəliləməyə davam edəcəyik".

Oxumağa davam et
Reklam

Gündəm