Azərbaycanda "Teknofest" festivalının keçiriləcəyi TARİX AÇIQLANDI - Publika.az
Bizi izləyin

Avto

Azərbaycanda "Teknofest" festivalının keçiriləcəyi TARİX AÇIQLANDI

Növbəti dünyanın ən böyük aviasiya, kosmos və texnologiyalar festivalı "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Publika.az xəbər verir ki, bununla əlaqədar festival çərçivəsində "Texnoloji müsabiqələrə" qeydiyyat başlayıb. Müsabiqlərə həmçinin beynəlxalq iştirakçılara da açıq olacaq.

Hər bir müsabiqə üçün son müraciət tarixləri fərqlidir. Müsabiqələr üzrə ətraflı məlumatı www.teknofest.az saytından əldə etmək olar.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Rəylər
Oxumağa davam et
Reklam

Avto

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə AAF-dan məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Yürüşdə iştirakçılar və tamaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər AAF tərəfindən mükafatlandırılacaq. İştirakçılar və tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri mayın 29-u saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaq.

Oxumağa davam et

Avto

Bakı metrosunda PROBLEM YARANDI

Bakı Metropoliteninin "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb. 

Publika.az-ın məlumatına görə, qatar 25 dəqiqədir stansiyanın platformasında qalıb.

Hazırda stansiyaya köməkçi qatar göndərilib və nasazlıq yaranmış qatar ehtiyat yola keçirilir. 

Qatarlar digər marşrutlar üzrə - "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər.


Oxumağa davam et

Avto

Ankaradan KRİTİK AÇIQLAMA: "Bu olmadan müharibəyə son qoymaq mümkün deyil"

"Rusiya Federasiyası təkcə Ukrayna ilə deyil, Qərb dövlətləri ilə də danışıqlar masası arxasına oturmaq istəyir. Bu, Moskvaya yeni böyük saziş bağlamaq üçün lazımdır".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Biz bilirik ki, Rusiya təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masasına oturub yeni böyük saziş bağlamaq istəyir. Sual həm Ukraynadadır, həm də Ukraynada deyil. Daha dərin bir strateji hesablama var ki, bura Ukrayna da daxildir. Burada düzgün tarazlığı bərpa etmədən döyüşlərə və son nəticədə müharibəyə son qoymaq mümkün deyil", - Kalın qeyd edib.

O bildirib ki, danışıqların mümkün olması üçün bütün tərəflərin, o cümlədən Avropa və ABŞ konstruktiv mövqe tutmalıdırlar:

"Ankara avropalı və amerikalı diplomatlarla intensiv danışıqlar aparır. Həmçinin Rusiya və Ukrayna dövlət başçılarının üzbəüz görüşməsi üçün müəyyən şərtləri yerinə yetirmək, danışıqlarda müəyyən irəliləyiş əldə etmək lazımdır. İstanbul Prosesi uzun bir yol keçib, lakin liderlərin görüşməsi üçün müəyyən vaxt lazım ola bilər. Təəssüf ki, son həftələr baş verən hadisələr bu prosesə mənfi təsir göstərdi. Amma biz səbir və əzmlə müharibə yolu ilə deyil, danışıqlar və dialoq yolu ilə irəliləməyə davam edəcəyik".

Oxumağa davam et
Reklam

Gündəm