Xəbərlər - Publika.az
Bizi izləyin

Qoroskop

Günün qoroskopu: Onlar göründükləri təki yaxşı deyillər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa, pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz dərəcədə qıcıqlandırır.

İşdə rəhbərliklə münasibətləri korlamayın.

Önəmli qərarlar qəbul etmək üçün əlverişli gün deyil. Şəxsi münasibətlər müstəvisində səhv ehtimalı böyükdür. Nəzərdə tutulmamış vizit ola bilər. Qonaqlar çox qalacaqlar.

Buğa - Münaqişəli, gərgin gündür. Yaranan problemlərə əhəmiyyət verməməyə çalışsanız da, alınmır. Yaşananları ürəyinizə salmayın. Etibara layiq olmayan adama inanmayın. Əks təqdirdə fırıldaq və ya intriqa qurbanına çevrilərək əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz.

Mühüm qərarları özünüz qəbul edin. Məsləhətlərə kor-koranə əməl etməyin, başqalarının dediklərinə dərhal inanmayın. Böyük müqavilə və ya ciddi anlaşma, habelə alış-veriş üçün əlverişli gün deyil.

Qənaətcil olun.

Əkizlər - Əsas diqqəti məişət qayğıları və şəxsi işlərin çözülməsinə yönəldin. Peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişə bel bağlamağa dəyməz. İşiniz kommersiya ilə bağlıdırsa, ehtiyatlı olun. Xərclər olacaq. Böyük məbləğdə məsrəfi əvvəlcədən təxminləmək asan deyil. Sayıq və sərvaxt olmasanız, ciddi məbləğdə pul itirə bilərsiniz. Alış-veriş üçün məsləhətli gün deyil.

Sizə əziz insanların xətrinə dəyməyin, onları incitməyin. Sevdiyiniz şəxslə təmaslarda diqqətli olsanız, bütün çətinlikləri dəf edə biləcəksiniz. Axşam saatlarına yaxın yorğunluq özünü göstərəcək. Səhhətdə problem, xroniki ağrının kəskinləşməsi riski var.

Xərçəng - Yaşam potensialı səviyyəsi yüksəkdir. Eyni vaxtda bir neçə işlə məşğul olsanız da, çox yorulmayacaqsınız. Qeyri-standart düşünün, orijinal qərarlar qəbul edin. Belədə bir sıra problemləri sürətlə həll edə biləcəksiniz. Yeni tanışlıq, maraqlı insanlarla görüş olacaq.

Uzunmüddətli planlar qura bilərsiniz. Onları reallaşdırmaq üçün yollar arayın.

Dəyərli məlumatın əldə edilməsi, köhnə tanışlardan önəmli xəbərin alınması istisna deyil. Sərfəli anlaşma, müqaviləyə nail ola bilərsiniz.

Alış-veriş uğurlu olacaq.

Şir - Kiçik problemlərə rəğmən uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü olduğundan ciddi pərişanlığa səbəb yoxdur. Sevinc önəmli və uzunmüddətlidir. İndiyədək öhdəsindən gələ bilmədiyiniz problemləri bu gün tezliklə həll etmək imkanlarınız var.

Yaxınlarınızla təmaslar üçün əlverişli zamandır. Uzun zamandan bəri demək istədiyiniz, amma söyləyə bilmədiyiniz həqiqətləri dilə gətirin. Narahat olmayın, sizi anlayacaqlar. Rəğbət bəslədiyiniz şəxsi görüşə dəvət etmək üçün əlverişli gündür.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Qız - Bütün problemləri ani həll etmək iqtidarında olduğunuzu düşünərək yanılmayın. Əslində hər şey göründüyü kimi olmadığından tələsik, düşünülməmiş qərar qəbul etməyin.

Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yaxşı tanımadığınız, bələd olmadığınız insanların yanında özünüzü narahat hiss edəcəksiniz. Köhnə dostlarla münasibətlər də rəvan deyil.

Bu səbəbdən ən yaxın insanlarla ünsiyyətlə kifayətlənin.

Peşəkar fəaliyyətinizin perspektivləri ilə bağlı düşünmək üçün yaxşı gündür. Qarşınızda yeni qapılar aça biləcək insanlarla danışın. Şəxsi münasibətləri işgüzar təmaslara qatmayın. Bu, yaxşı heç nə vəd etmir.

Tərəzi - Günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişli gündür. Çətinliklər sizi qorxutmasın. Mürəkkəb, müşkül məsələnin həlli üzərində baş sındıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları yarana bilər. Amma az sonra onlar məntiqlə çıxış etdiyinizi anlayacaqlar.

İntuisiya güclüdür və onun sayəsində siz irəliyə hərəkətinizə mane olan sədlərdən qurtulacaqsınız. Qeyri-formal şəraitdə peşəkar fəaliyyətlə bağlı məsələləri müzakirə etmək olar.

Günün ikinci yarısının emosional fonu əlverişli deyil. Təmaslarda çətinliklər yarana bilər. Yaxın ətrafınızdakı insanlarla müqayisədə özünüz barədə daha çox düşünürsünüz. Bu aşkar göründüyündən problemlər yarana bilər.
 

Əqrəb - Emosional fon çox qeyri-stabildir. Bu isə durumu çətinləşdirir. Yalnız öz maraqlarınızı düşünməyin, təşəxxüslü və eqoist davranmayın. Vədlər və öhdəliklərinizi unutmayın.

Genişmiqyaslı və ciddi işə başlamağa dəyməz. Bu işi başa çatdıra bilməyəcəksiniz.

Günün maliyyə fonu əlverişli deyil. Gəlirlər az olacaq. Anlaşma və sövdələşmələri təxirə salın. Yaşlı qohumlardan biri ilə ciddi fikir ayrılıqları yarana bilər. Təmasları gərginləşdirməyin.

Oxatan - Eksperimentlər aparın. Qəfil, gözlənilməz, cəsur ideyalar yaranır. Çətin olsa da, onların bəzilərini reallaşdırmağa çalışın. İndiyədək yalnız peşəkar fəaliyyət müstəvisində təmaslarınız olduğu insanla dostlaşa bilərsiniz.

Maliyyə baxımından əlverişli gündür. Gəlirləriniz gözləntilərinizdən də artıq ola bilər. Yaşlı qohumlar və ya köhnə dostlardan biri sizə səxavətli hədiyyə verə bilər. Xoş sürpriz istisna deyil.

Oğlaq - Ciddi və mühüm işə başlaya bilərsiniz. İntellektual potensial səviyyəniz yüksəkdir. Ətrafınızdakı insanları fikir və planlarınızın dərinliyi, məntiqi ilə heyrətləndirə bilərsiniz.

İdeyalar çoxdur, amma onlar göründükləri təki yaxşı deyillər. İllüziyalara və xəyallara qapılmayın. Praktik, soyuqqanlı olun, praqmatik davranın. Maliyyə itkiləri istisna deyil. Bugünkü anlaşma, sövdələşmə və ya danışıqlar ümid etdiyiniz nəticələri verməyəcək.

Yaxınlarınızla ünsiyyət zamanı səbrli və həssas olun.

Dolça - İmkanlar və şanslardan yararlanmağa çalışın. Adi günlərlə müqayisədə daha ətalətli və süst olmayın. Belə davranış əhvalınızı pozacaq, sizi dözülməz və qıcıqlı edəcək. Maliyyə vəsaiti ilə maksimal dərəcədə ehtiyatlı davranın. Gərəksiz əşyalar almayın, riskli anlaşmalara qatılmayın. Pullarınızla risk etməyin.

Günün ikinci yarısı sizi sevindirəcək. Qəfil sürpriz, çoxdan gözlənilən hədiyyə və ya görüş ola bilər. Qonaq qəbul etmək üçün yaxşı zamandır.

Balıqlar - Dostlar, həmfikirlər və müttəfiqlərlə ünsiyyətdə yeni fəaliyyət planı hazırlaya bilərsiniz. Problemlərinizin bir qismini çözmək üçün nüfuzlu şəxsdən kömək istəməkdən utanmayın. Lakin bilin ki, bu gün göstəriləcək xidmətlərə görə ətrafınızdakı insanlardan birinə sonradan "borc qaytarmalı" olacaqsınız.

Ailə üzvləri və yaxınlarınızdan biri ilə münasibətlərdə problemlər yarana bilər. Fəqət çətin situasiyada soyuqqanlı olun. İstənilən problemi münaqişəyə varmadan həll etmək mümkündür.

Maraqlarınızın bir qismini qurban verərək sakitlik və səbatlılığa nail olun.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Milli.Az

Rəylər
Oxumağa davam et
Reklam

Qoroskop

Günün ULDUZ FALI: şəxsi münasibətlər üçün çətin gündür

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işgüzar və şəxsi münasibətlər diqqət mərkəzində olmalıdır. Gözlənilməz çətinliklər yeni əlaqələr sxemlərinin aranmasına rəvac verəcək. İndi əsas məsələ sizin üçün təhlükəsizliyin əsasını təşkil edən ünsürləri qorumaqdır. Tərəfdaşınız müstəqilliyini nümayiş etdirəndə güclü emosional reaksiya verməyin.

Təmkinli olun və şəxsi münasibətlərdə sizi çoxdan bəri narahat edən məqamı araşdırın.

Axşam saatlarını ev işlərinə həsr edin.

Buğa - işlərdə yaranan çətinliklər sizi daha diqqətli olmağa, prosesi intensivləşdirməyə, ciddi söhbətə qatılmağa vadar edəcək. Planlaşdırdığınız bəzi işləri yalnız təmkin və intizam sayəsində reallaşdıra biləcəksiniz. Hadisələrin sizə sərfəli olan istiqamətdə spontan inkişafını da gözləmək olar. Tərəfdaşlarla rolları düzgün bölüşdürün, dərin ixtilaflar yaratmayın. Ümumi məqsədlər səyləri sinxronlaşdırmaq zərurəti yaradır.

Emosiyalar həddən ziyadə olduğundan şəxsi münasibətlər üçün çətin gündür.

Soyuqqanlı və səmimi olun.

Əkizlər - yaxın ətrafınızdakı insanların hisslərinə, gözləntilərinə diqqətli olun. Kimsənin xətrinə dəyməyin, incitməyin, tənqidləri müzakirə etməyin. Daha çox sual verin. Mahiyyətə varmağa çalışın. Bir şərtlə ki, həmsöhbətiniz sizin marağınızı və ona xoş münasibətini hiss etsin.

Bütün bunlar çətindirsə, müstəqil fəaliyyət göstərin.

Axşam saatlarında gəzintiyə çıxın, pozitiv emosiyalar alın. İstirahət sizə prioritetləri müəyyənləşdirməyə, işə marağı bərpa etməyə imkan verəcək.

Xəstəyə baş çəkmək, zəng və yazışma üçün əlverişli gündür. Emosional olmayın, etiraflara qapılmayın.

Xərçəng - nigaranlıq və həyəcandan qorunmaq, yaşam arealınızı kənar təsirlərdən hifz etmək istəyi ifrata varmasın. Qapalı məkan yaradaraq hər kəsdən və hər şeydən təcrid olunmağa çalışmayın. Dəyərlərinizi qoruyun.

"Mənim" kəlməsi xüsusi əhəmiyyət kəsb edir.

İşlərdə tempi bir qələr azaldın, ailəyə, evə, yaxınlara daha çox diqqət yetirin. Ailə işləri üçün əlverişli zamandır.

Ailə üzvlərinin problemlərindən hali olun, onları dəstəkləyin.

Axşam saatlarında qonaq ola bilər.

Şir - diqqət mərkəzində olacaqsınız. Uğurlar və nailiyyətlərinizin paxıllıq yaratmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi nümayiş edirməyin. Enerjinizi gərəkli məcraya yönəldin. Adi günlərdən fərqli olaraq uğurlu zamandır. Köhnə tanışlıqlardan biri aktual məsələni həll etməyə təkan verəcək. Şəxsi münasibətlərdəki problemin aradan qaldırılması, barışıq, təmasların normallaşdırılması üçün əlverişli zamandır.

Günün ikinci yarısında stress və gərginlik yaradan məqamlar yarana bilər. Yaşananları daha çox təcrübə əldə etmək, önəm verdiyiniz insanlarla qarşılıqlı anlaşmaya nail olmaq imkanları kimi dəyərləndirin. Situasiyanın diqtə etdiyi işlə məşğul olun.

Aktivliyi uzunmüddətli layihələr strategiyasına yönəldin. Planları tərəfdaşlarla müzakirə edin.

Qız - fəaliyyət göstərdiyiniz və ya maraqlanızı reallaşdırdığınız kollektivdə, yaxud qrupda emosiyalarınızın izharına imkan verməyin. Köhnə planlar, ideyalara fikir verin. Problemin həllinə həmfikirləri cəlb edin. Ətrafınızdakı insanların fəaliyyətini pozitiv dəyərləndirin. Planlarınızı reallaşdırmaq üçün dəstək ala bilərsiniz.

Gərginliyə düçar olmadan, ifrat yorulmadan görə biləcəyiniz işlərə başlayın. Əks halda hər şeyin mürəkkəbləşdiyini, əhvalınızın pisləşdiyini hiss edəcəksiniz. Rahat, qarşılıqlı fəaliyyətin rəvan olacağı gündür.

Bir sıra məsələləri qeyri-formal vəziyyətdə müzakirə etmək əfzəldir. Pozitiv olun.

Tərəzi - yaşımınızda ciddi dəyişikliklər başlanır. Hisslərinizdə tam açıq olmayın, planlarınızı bölüşməyə tələsməyin. Qarşınızdakı insanın sizə münasibətini dəqiq bilmirsinizsə, ehtiyatlı davranın.

İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdə soyuqqanlı olun, təmaslara sərinlik gətirməyin. Ümumi problemlər, maraqlar sizi birləşdirə bilər. Başqa işlərə ilginiz arta bilər. Çətinliklər iş və əməkdaşlığın yeni variantına çıxışı sürətləndirir.

Mühüm xəbərlər gözləyin. Sizi narahat edən məsələlərə cavablar ala biləcəksiniz. Səhhətinizə fikir verin.

Stresslərdən qurtulmağa çalışın.

Əqrəb - maliyyə vəsaitinizə qənaət edin. Məqsədə çatmaq üçün səylə çalışmaq gərəkdir. Diqqət mərkəzində saxlamağınız gərəkən obyektlərin sayı artır. İşinizi daha effektiv etməyə çalışın, yardımçılar arayın. İnformasiya aramaq, bilik və təcrübəni artırmaq üçün əlverişli gündür.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - qarşınızda yeni imkanlar və yeni yollar yaranır. Konkret olanı seçin, diqqətinizi yayındırmayın. Cari işləri, xüsusilə də maliyyə məsələlərini sürəkli nəzarətdə saxlayın. Birgə əmlak, mirasla bağlı məsələləri həll etmək üçün uğurlu gündür.

Yaşamınızda başqasının pulları ilə bağlı mövzu peyda ola bilər. Perspektivlər əlverişlidir.

İntuisiyanıza qulaq asın. Başqalarının zəiflik və nöqsanlarını bağışlamağı bacarın.

Oğlaq - niyyətlər və istəklərinizi bacarıqlarınız və imkanlarınızla uyğunlaşdırın. İşlərdə pozitiv dəyişikliklər olacaq. Emosional təsirlərə dürüst reaksiya verin, hadisələri yanlış dəyərləndirməyin. Təhlükəsizliyinizin təminatına nail olun, münaqişəli situasiyalara qarışmayın. İmkanları əldən verməyin, şanslardan iş üçün yararlanın. Bədxərclik etməyin. Pul sizə konkret məqsədlər üçün gərək olacaq.

Dolça - peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz. Şərait, ünsiyyət çevrəsi, ətrafınızdakı insanların kimliyi önəm kəsb edir. Şəxsi işlər və maraqlara diqqət ayırın. Əsas fəaliyyətinizlə bağlı yeni ideyalar yarana bilər.

Köçürmələr, alış-veriş etmək, cari xərclərlə bağlı tərəfdaşlarla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Ünsiyyət çevrəsini məhdudlaşdırın, müstəqil işləməyə çalışın. Emosionallıq səviyyəsi yüksək olduğundan tələskən, düşünülməmiş addımlar atmayın. Şikayətləri dinləyin. Öhdəsindən gələ bilmədiyiniz problemi ürəyinizə salmayın.

Balıqlar - bu gün sizi maraqlandıran, arzuladığınız məqamlara daha yaxınsınız. Narahat və nigaran qaldığınız nəsnəni əldə edə bilərsiniz. Tələskən davranaraq yeni problemlər yaratmayın. Güclü emosiyalara ehtiyacınız varsa, onları alacaqsınız.

Planlar, istəklər, iradlar çoxdur. Dəyişikliklərin intensiv olacağını düşünməyin. İntuisiya güclüdür. Bununla yanaşı, ətrafınızda mübhəm amillər güclənir. Kiminsə gizli təsiri, marağı var.

Təmasların sayını azaldın. Sosial şəbəkələrdə ehtiyatlı olun. Müşahidə edin, mühüm məlumatı paylaşmayın. (Milli.Az)

Oxumağa davam et

Qoroskop

Günün ULDUZ FALI: ən çətin işlərə başlaya bilərsiniz

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Çətin məsələlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Gərəkli informasiyanı vaxtında əldə etməyə çalışın. Həmin məlumatdan yararlanmağa can atın. Danışıqlara başlamaq, yeni müttəfiqlər aramaq olar. İdeyalarınız dəstək alacaq.

Günün ikinci yarısında əldə edilən məlumatlar faydalı olacaq. Yeni romantik münasibətlər başlana bilər. Hisslər və emosiyalar dinamik olacaq.

Maliyyə itkiləri ola bilər.

Buğa - gün ərzində müəyyən çətinliklər yarana bilər. Lakin müsbət təmayüllərin təsiri güclüdür və bunu sezməmək mümkün deyil. Peşə fəaliyyəti müstəvisində yaranan problemlərin sürətli həlli ilə yanaşı, karyera müstəvisində irəliləyişlər mümkündür. Nüfuzlu insanın dəstəyini almaq və ambisioz planlardan birini yerinə yetirmək olar.

İş barədə nə qədər çox düşünsəniz, yaxınlarınızla ünsiyyət üçün bir o qədər az vaxt qalacaq. Müəyyən birgə planları təxirə salmalı olacaqsınız. Bu da münasibətlərə yaxşı təsir etməyəcək.

Əkizlər - gün o qədər pis olmasa da, özünüzdən ifrat dərəcədə narazı qalmayın. Daha çox iş görməyin, uğurlara nail olmağın mümkünlüyünü düşünüb özünüzü yarıtmaz hesab etməyin. Aktiv, enerjili olun. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Özünütənqiddə ifrata varmayın. Ciddi səhvə yol verməyibsiniz, yaranmış situasiyada adekvat davranıbsınız. Yaxınlarınızla kiçik anlaşılmazlıq münaqişəyə səbəb olmayacaq.

Maliyyə məsələlərində ehtiyatlı olun. Günün ikinci yarısında pul itkiləri ola bilər. Yaxşı tanımadığınız insanlarla qarşıdurmaya, mübahisəyə başlamayın. Yaranmış neqativ emosiyalarınız üçün daha uyğun çıxış yolu tapın.

Xərçəng - yaranmış situasiyanı yanlış dəyərləndirməyin. Ciddi problemlərin təməlini qoymayın. Çətin işi təxirə salaraq istirahət və əyləncə barədə düşünməyin. Peşə fəaliyyəti ilə bağlı öhdəlikləri, yaxınlarınıza verdiyiniz vədləri unutmayın.

Mühüm sənədlər, uzunmüddətli fəaliyyəti nəzərdə tutan anlaşma və ya sövdələşmənin imzalanmasını təxirə salın. Ailə işlərinə, məişət qayğılarına diqqət yetirin. Bu sahədə irəliləyişə nail ola bilərsiniz. Təmaslarda sayıq, diqqətli olun. Fırıldaqçıların qurbanı, intriqan insanların məkrinin obyekti olmayın.

Şir - önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən əlverişli gündür. Seçdiyiniz yoldan sapmayın: bu yol sizi məqsədə aparır.

Yaxın ətrafınızdakı insanlar sizi günün ikinci yarısında dəstəkləyəcəklər. Amma o vaxta qədər ən ciddi çətinlikləri həll edə bilərsiniz.

Psixloq kimi davranın. Rəğbət bəslədiyiniz insanın problemlərini anlamağa çalışın. Yeni münasibətlər, tanışlıq başlana bilər. Böyük səyahətə başlamaq, yaşam arealında köklü dəyişikliklər etmək üçün münasib zamandır.

Qız - ünsiyyətdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanların əsla xoşuna gəlməyəcək nə isə deməyin. Yersiz söhbətlər və boş iddialara yer verərək nüfuzunuzu zərbə altında qoymayın. Adi günlərdən fərqli olaraq bu gün impulsiv qərarlara və tələsik addımlara daha çox meyllisiniz. Sonuclar istədiyiniz kimi olmayacaq.

Mürəkkəb, qarışıq situasiyalarda müstəqil fəaliyyət göstərin. İndiyədək sizə dəfələrlə kömək etmiş insandan yardım istəyə bilərsiniz. Axşam saatlarını yaxınlarınız, zəif və güclü yönlərinizə bələd insanlarla keçirin.

Tərəzi - ziddiyyətli, təbəddülatlı təmayüllərin təsirini hiss edəcəksiniz. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklər qeyri-standart çözüm tələb edir.

Detallara və xırdalıqlara ciddi yanaşma, diqqət tələb edən fəaliyyət usandırıcı təsir bağışlaya bilər. Tez yorulmayın. Hesablamalarda, xüsusilə də büdcənin planlaşdırılmasında yanlışlıqlar ola bilər.

Yaşca özünüzdən kiçiklərlə təmaslarda diqqətli və qayğıkeş olun. Yaşlılarla dil tapmaq asan deyil.

Nüfuzlu şəxslə görüşərək danışıqlar aparmaq olar. Lakin müraciət və xahişinizin dərhal nəzərə alınacağını düşünməyin.

Əqrəb - yaşanan olayları, hissləri real dəyərləndirin. Mənasız illüziyaların köləsinə çevrilməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə nəyisə dəyişmək istəyəcəksiniz. Narahatlığınızın səbəbini dəqiq anlamadan, müəyyənləşdirmədən düşünülməmiş addımlar atmayın. Maliyyə durumu birmənalı deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin, öhdəliklərə boyun olmayın.

Yanınızdakı insanlara adi günlərlə müqayisədə daha çox tələbkar olmayın. Bu, işlə bahəm, evdə də münaqişəyə səbəb ola bilər. Çətinliklər müvəqqətidir.

Oxatan - işlərdə yaxşı yox, əla nəticələrə nail olmaq mümkündür. Yeni layihə uğur vəd edir. İşlə bağlı şübhələr varsa, bir qədər fasilə edin, qüvvələrizin bərpasına başlayın. Döyüşkən və qətiyyətli olun. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Ən çətin işlərə başlaya bilərsiniz.

Məntiqli və soyuqqanlı olsanız, çətinliyin öhdəsindən gələcəksiniz.

Fiziki iş və cari müşküllərin həlli üçün yaxşı zamandır. İstənilən, hətta ən kiçik və cüzi işlərə məsuliyyətlə yanaşın. İri məbləğdə gəlir və yaxın saydığınız insanlardan birindən hədiyyə istisna deyil.

Oğlaq - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana bilər.

Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər.

Dolça - yeni və maraqlı işə başlamaq üçün əlverişli gündür. Həmin iş həddən ziyadə faydalı olmasa belə, eyb etməz. Diskusiyalar məhsuldar keçir. Fikir ayrılıqları olsa belə, konstruktiv məcrada qalın, güzəştli həll variantı tapın.

Müstəqil çalışmaqla yanaşı, həmfikirlərlə də məhsuldar fəaliyyət göstərmək olar.

Təşəbbüslər üçün pis gün deyil. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Axşam saatları xoş dəqiqələr vəd edir.

Balıqlar - risk və eksperimentlər nə qədər az olarsa, işlər bir o qədər yaxşı alınacaq. Peşə fəaliyyəti müstəvisində problemlər, işdə anlaşılmazlıqlar ola bilər. Başqalarının səhvləri və yanlışlıqlarına görə narahat olacaqsınız. Rəğbət bəsləmədiyiniz insanlara görə məsuliyyəti boynunuza almaq zərurəti yaranır.

Şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər. Müəyyən hadisə çoxdan tanıdığınız insanların yeni xislətini aşkarlayır. Qəfil vizit, ola bilər. Gələn qonaqlar pozitiv emosiyalar vəd edirlər.

Məişət texnikası və nəqliyyat vasitəsi almaq məsləhət deyil. (Milli.Az)

Oxumağa davam et

Qoroskop

Günün ULDUZ FALI: sizi çox pis nəticə, əks zərbə gözləyəcək

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gözləntilərinizin səviyyəsini aşağı salın, diqqətə layiq olan işi yerinə yetirin. Gün ərzində o qədər də xoş olmayan məlumatın alınması, informasiya əldə edilməsində problemlər, yaxın ətrafdakı insanlardan biri ilə münaqişə və ya ixtilaf riski var

Narazı, sinirli, aqressiv olmayın. Mövqelərinizə uyğun olmayan fikirlərə dözümlü yanaşın.

Bilavasitə sizdən asılı işləri bitirin. Fəaliyyətinizin yönlərini artırın. Yeni perspektivlər vəd edən layihə ilə məşğul ola bilərsiniz.

Buğa - maddi məsələlərin həllində bir sıra problemlər yarana bilər. Hesaba pul yatırmaq, pul köçürmək, əmlakla bağlı danışıqlar aparmaq məsləhət deyil. Ümumi nevroz durum və qeyri-müəyyənlik kəskin reaksiyaya səbəb olaraq mübahisə etmək, mövqeləri qorumaq istəyi yarada bilər.

Ehtiyatları artırmaq olar. Alış-verişdə çox pul xərcləməyin. Səhhətinizin qeydinə qalın.

Axşam saatlarında qəfil impulsun təsiri ilə planlarda müəyyən dəyişikliklər baş verə bilər. Ailədə münaqişə vəziyyəti yaratmayın. Vədlərə əməl edin.

Əkizlər - uğurlu və əlverişli gündür. Yeni planlar qurun. Yaxın vaxtlarda hansı əlaqələrə ehtiyac duyduğunuzu düşünün. Qərarları müstəqil qəbul etmək niyyət və cəhdlərinizə rəğmən tərəfdaşların yerini və rolunu qulaqardına vurmamağa çalışın. Ən mühüm məsələləri onlarla müzakirə edin. Diqqətli olun, yekun qərar verməyə tələsməyin.

Şəxsi maraqlarınıza toxunan məsələni həll etmək məcburiyyətində qala bilərsiniz. Buna rəğmən, uğur qazanmaq, hətta yeni həmfikirlərin dəstəyinə nail olmaq şansınız var.

Günün ikinci yarısında daxili gərginlik, münaqişə situasiyaları güclənir. Tənhalıqda vaxt keçirmək üçün yaxşı vaxtdır.

Xərçəng - işləri qaydaya salmaq üçün yaranmış imkanlardan istifadə edin. Hesablar, sənədlər, məlumat bazaları, məktubları qaydaya salın. Peşəkar fəaliyyət müstəvisində yaranan məsəlləri aktiv şəkildə həll edin, təşkilati tədbirlər keçirin.

Danışıqları öz ərazinizdə reallaşdırın.

Rifahınıza və ya mövqelərinizə təhdid yarada biləcək situasiyalarda səliqəli, diqqətli olun. Qıcıqlı və sinirli olmayın, münaqişələrə qatılmayın. Keçməyinizin gərəkli olmadığı həddi müəyyənləşdirin.

Axşam saatlarında səhhətinizdə problemin yaranması, xroniki ağrının kəskinləşməsi istisna deyil.

Şir - gün ərzində sakit, təmkinli və soyuqqanlı olun. Planlara uyğun hərəkət edin. Səs-küy və laübə çox olsa da, məlumat mübadiləsini unutmayın. Çalışdığınız kollektivdə rəqabətlə qarşılaşacaqsınız. Gördüyünüz iş və ya həyata keçirməyə çalışdığınız layihələrdə xırdalıqlara fikir verin. Önəm verdiyiniz münasibətlərdə laqeyd davranmayın.

Mühüm məlumatı və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. Nəzərdə tutduğunuz dəyişikliklərdə dostlarınız önəmli rol oynaya bilərlər.

Axşam saatlarına yaxın aktivliyi bir qədər azaldın. Yaxınlarınızla münaqişə vəziyyəti yaratmayın.

Normal istirahət edin.

Qız - yaxın ətrafınızdakı insanlar sizi qıcıqlandıra bilər. Ənənəvi ritminizi pozmaq, planlarınıza müdaxilə cəhdlərinə imkan verməyin. Bu gün münaqişə və ixtilaflardan qaçmaq mümkün deyil. Bu səbəbdən də münasibətləri aydınlaşdırın, çoxdan həllini tələb edən problemi çözün. Sadəcə, həddi keçməyin, intuisiyanızı işə salın. Əldə etmək istədiyiniz nəticəni nəzərə alın, sərt və aqressiv davranmayın.

Orientirlərə yenidən baxa bilərsiniz. Bəyanatlar verməyə tələsməyin. Kimisə cəzalandırmaq, kimdənsə qisas almaq fikriniz yaranarsa, tələsməyin. Əks təqdirdə sizi çox pis nəticə, əks zərbə gözləyəcək.

Tərəzi - narahat, qarışıq, mürəkkəb gündür. Əsas işi yerinə yetirmək üçün aktivliyinizi əvvəlcədən plaqlaşdırın. Söz-söhbət, müzakirələr çox olacaq. Gerçəkdən də, önəmli məlumat ala bilərsiniz. Kənar təsirlərə, yaxın ətrafınızdakı insanların ifrat emosionallığına fikir verməyin. Köhnə əşyalardan qurtulun.

Yeni ideya və planlar formalaşa bilər.

Şəxsi münasibətlərdə niyyət və məqsədlər üst-üstə düşərsə, vəziyyət yaxşı olacaq. Ünsiyyət, təmaslar önəmli ola bilər. Spontan aktivlik sizi sevindirəcək.

Əqrəb - çətin gündür. Qeyri-müəyyənlik, istəklərin təbəddülatı, niyyətlərin ziddiyyəti yarana bilər. Ani maraqları unudun, perspektivləri düşünün. Seçim çətinliyi sizə mühüm iş görməyə mane olmayacaq. Yeni istiqamətdə hərəkətə başlaya bilərsiniz.

Kəskin situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. Perspektivlər dumanlı olsa belə, güzəştə meylli olun, durumu sürətlə təhlil etməyə çalışın.

Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün vaxt var.

Axşam saatlarında stressdən qurtulmağa çalışın.

Oxatan - praktiki məsələlərin həlli ilk yerə çıxmalıdır. Fəaliyyətinizi intensivləşdirmək və zənginləşdirməyin yollarını düşünün. Təkliflər, məlumat mübadiləsi, xidmətlər gələcəkdə yeni perspektivlər vəd edir.

Günün ikinci yarısında gərginlik artacaq. Mümkün münaqişələrə qatılmayın, amma məlumat axınını da məhdudlaşdırmayın.

Şəxsi münasibətlərdə hər nüansın önəmi var. Kiçik bir detal əhvalınızı dəyişə bilər. Axşam saatlarını evdə keçirin. Münaqişə üçün səbəb axtaran insanların yanında olmayın.

Oğlaq - problemləri sürətlə həll etməyə, bir işi yarımçıq qoyub başqasına başlamağa, daim yerdəyişmədə olmağa çalışmayın. Sizi emosiyaların çox olduğu mövzuya qatmaq istəyəcəklər. Yardım istəyənə kömək edin, məsləhətlərdən yayınmayın.

Emosional söhbətlərə qatılmayın, amma peşəkarlığınızı nümayiş etdirə biləcəyiniz toplantı və danışıqlarda iştirak edin. Günü hərəkətdə keçirin. Yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin.

Axşam saatlarında gəzintiyə çıxın.

Dolça - günü hadisələrin episentrində keçirin. Bütün informasiya kanallarını açın, mümkün qədər çox ünsiyyətdə olun. Fantaziya və təxəyyülünüzü işə sala biləcəyiniz məşğuliyyət seçin. Hansı bilik və ya təcrübəyə ehtiyac duyduğunuzu müəyyənləşqdirin. Status, mövqe və imkanlarınızı gücləndirmək üçün əlaqələri genişləndirin.

Günün ikinci yarısında hər şeyi emosional qəbul etməyin. Rəğbət bəslədiyiniz insanlarla olun.

Yaşam arealında qayda yaradın.

Balıqlar - fiziki tonusunuz normadadır, xəbərlər axını sürəklidir. Amma asan gün deyil. İdeyalar və faydalı fikirlər yetərincə olsa da, işin təşkili, diqqətin konsentrasiyası ilə bağlı problemlər var. Həddən artıq işi yerinə yetirməyə çalışmayın.

İşlərdə və yaşam arealında qayda yaradın. Qüvvəniz, imkanlarınız, məsrəfləriniz və aldığınız dəstəyi dəyərləndirin. Yeni işlə tapşırığa yanaşma praqmatik, düşünülmüş olmalıdır.

Problemlərin həllini, zəngləri, yazışmanı təxirə salmayın. Boş söhbətlər, şayiə və münaqişələrdən uzaq durun.

Səhhətinizə fikir verin. (Milli.Az)

Oxumağa davam et
Reklam

Gündəm