Rəsmi xronika
"Qeyri-neft ixracımız 40 faizdən çox artıb"

“Bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Bu, imkan verir ki, biz valyutanı təkcə neft, qaz hesabına yox, eyni zamanda digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır. Deməli, tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər”, - Prezident vurğulayıb.
Rəsmi xronika
Brüsseldə liderlərin görüşü başa çatdı - FOTO - YENİLƏNDİ

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
xxx
21:12
Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rəsmi xronika
İlham Əliyev BƏYAN ETDİ: bu 5 prinsip əsas rol oynayır

Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə bildirib.
Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.
Rəsmi xronika
Prezidentdən TƏLƏB: "Müharibədə itkin düşən 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilsin"

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə bildirib.
Dövlət başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib.
- Qoroskop23 May 2022 00:15
Günün ULDUZ FALI: o insanlarla bağlı narazılıq yarana bilər
- Dünya23 May 2022 00:00
İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"
- Dünya22 May 2022 23:50
Dünyanı gözləyən aclıq Rusiyaya niyə sərf edir?
- Sağlamlıq22 May 2022 23:41
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
- Təhlil22 May 2022 23:13
Moskva Le Penin "xəcalətindən" necə çıxıb?: 9 milyonluq kredit, üzə çıxan gizli SMS...
- Maqazin22 May 2022 22:55
Nadir Qafarzadə gəlini ilə FOTOSUNU PAYLAŞDI
- Maqazin22 May 2022 22:49
Tuğba Ekincidən İDDİALI PAYLAŞIM: dəsmal ilə... - FOTO
- Sosial22 May 2022 22:31
Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO