Poliklinikalarda sıxlıq yaranmaması üçün... - Həkim - Publika.az
Bizi izləyin

Sağlamlıq

Poliklinikalarda sıxlıq yaranmaması üçün... - Həkim

“Yeni qəbul edilən qaydalara görə, fevral ayının 15-dən artıq “Peyvənd sertifikatı” etibarlı hesab olunmayacaq. Ona görə çalışmaq lazımdır ki, bu tarixə qədər buster doza qəbul edilsin”. 

Bu fikirləri Publika.az-a açıqlamasında tibb elmləri namizədi, dosent, Əməkdar həkim Taryel Eyvazov deyib. 

Həkim qeyd edib ki, buster doza vaksin vaxtında edilsə, poliklinikalarda sıxlıq olmayacaq: “Bu, ilk növbədə insanların öz sağlamlığı üçün vacibdir. Virus səbəbindən poliklinikalarda sıxlıq yaranması arzuedilən deyil. Ümid edirəm ki, vətəndaşlarımız bu dəfə bu məsələdə daha diqqətli olacaq, buster dozanı qəbul etmək üçün təyin edilmiş son günü gözləməyəcəklər. Bununla həm sağlamlıqlarını təhlükə altına atmayacaqlar, həm də vaxta qənaət etmiş olacaqlar. Fikrimcə, bundan öncəki təcrübələrimizə əsaslanaraq bundan sonra adekvat davranmalıyıq”.

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ

"Qəhvənin faydalılığı alimlər tərəfindən sübuta yetirilib. O, mədə-bağırsaq traktını stimullaşdırır, yaxşı bir antioksidantdır. Həmçinin öd yollarına yaxşı təsir. Lakin orta dərəcədə istifadə edilməlidir".

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə həkim Piter yazır.

O xəbərdarlıq edib ki, qəhvə bir neçə başqa qida və maye ilə birlikdə istifadə edilməməlidir.

Bəs qəhvəni necə düzgün hazırlamaq olar? Hansı məhsullarla qarışdırmaq tövsiyə edilmir?

“Kofein praktiki olaraq orqanizmin kalsiumu mənimsəməsinə mane olur. Hamımız bilirik ki, süd kalsiumla ən zəngin qidadır, lakin bu qidadan sui-istifadə edilməməlidir. Süd məhsullarından faydalanmaq istəyirsinizsə, yemək zamanı onları qəhvə ilə birləşdirməməyə çalışın. Bu, kəsmik və yoqurta da aiddir", - diyetoloq Svetlana Perez bildirib
 
Mütəxəssis onu da vurğulayıb ki, kofein alkoqol zəhərlənməsini ört-basdır edir, orqanizmə ayıqlaşdırıcı təsir göstərir, lakin spirtdən sonra kofenin qəbulu qaraciyəri həddindən artıq yükləyir.

"Kofein həmçinin ət məhsullarında çox miqdarda olan dəmirin udulmasına mane olur. Düzgün hazırlanmış ət yeməkləri, onlardan dərhal sonra qəhvə içsəniz, kömək etməyəcəkdir", - Perez qeyd edib.

Oxumağa davam et

Sağlamlıq

Həkimdən yuxusuzluğun ölümcül təhlükəsi barədə XƏBƏRDARLIQ

Daimi yuxu rejiminin pozulması, yuxusuzluq fonunda insanın qan təzyiqi yüksəlir və bu, qan damarlarının vəziyyətinə mənfi təsir göstərir. 

Publika.azxəbər verir ki, bunu rusiyalı terapevt Lyudmila Lapa bildirib.

O qeyd edib ki, yuxusuzluq infarkt riskini artırır. “Yuxunun olmaması da daimi baş ağrılarına, xroniki yorğunluğa və müxtəlif hormonal balanssızlıqlara səbəb olur. Yuxunun olmaması səbəbindən qan təzyiqi kəskin şəkildə yüksəlir və bu, həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər” - həkim vurğulayıb.

“Əgər qan təzyiqimiz daim 200-dən yuxarıdırsa, bu, adətən yuxusuzluqla müşahidə olunur, qan damarlarında və ürəkdə fəsadlar yaranır ki, bu da təbii olaraq infarkt və ya insultla nəticələnir. Yuxunun keyfiyyətinə gecə saat 11-dən əvvəl istehsal olunan müəyyən hormonlar cavabdehdir, əgər orqanizm onların çatışmazlığı ilə qarşılaşarsa, o zaman hormonal pozğunluqlar və ürək-damar sistemində problemlər yaranır” -terapevt əlavə edib.

Oxumağa davam et

Sağlamlıq

Pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Bu dərmanı uşaqlarınıza QƏTİYYƏN VERMƏYİN!

Elə bu dəqiqə evdəsinizsə, uşağa verdiyiniz hərarət dərmanının tərkibinə baxın: dərman üzərində ad nə olur-olsun, altda kiçik hərflə nə yazılıb: “İbuprofen”, yoxsa “Parasetamol”. Əgər İbuprofen yazılıbsa, atın və Parasetamol yazılanı alın.

Publika.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılova deyib. 

“İbuprofen”nin zərərlərindən danışan həkim qeyd edib ki, sözügedən dərmanın istifadəsi xüsusilə uşaqlar üçün təhlükəlidir:

“Mənim də uşaqlarımın hərarətli olan günləri olub, amma evimdə “İbuprofen” tərkibli dərman olmayıb. İndi də yoxdur. Ağrı üçün də istifadə etmirəm. Hərarətə dözdüyümüz kimi, ağrıya da maksimum paarsetamol ilə dözürük. Öz uşağıma vermədiyimi başqasının uşağına da tövsiyə etmirəm.

Xatırlayırsızsa, COVID-19 zamanı “İbuprofen” molekulu olan hərarət düşürücü istifadə etməyin deyilirdi. Filan-filan sistemlərə təsir edir və s. kimi izah edilirdi. İndi sizin bilməli olduğunuz nəyə təsir etməsi deyil. Sadəcə zərərli olduğunu bilməkdir.

“İbuotufen” molekulu yeni çıxmayıb ki. Əvvəllər də olub. Amma ondan sinir, əzələ ağrıları, oynaq xəstəliklərinin müalicəsində qeyri-steroid bir dərman kimi istifadə edilirdi. Elə indi də. Məsələn, FMF kəskinləşməsi, artrit zamanı təyin edə bilərik. İltihab söndürücü təsiri var. Amma mütləq yeməkdən sonra qəbul edilir ki, mədə-bağırsaqda yara əmələ gəlməsin. Əlbəttə, bir yemək yarana biləcək yaranı önləməz. Hər ehtimal deyirik. Bəs necə oldu da, “İbuprofen” hərarət barəsində  Parasetamolu ötdü keçdi və hər uşağın mədəsinə tez-tez girməyə başladı?

Siz anaların və sizi tez rahatlatmaq istəyən həkimlərin sayəsində. Şirkətlər gördü ki, hərarəti tez salan güclü dərmana “ehtiyac” var. Və bu, çoxlu  pul deməkdir. Bu ehtiyac isə həqiqi deyildi. Anaların həyəcanından yaranmışdı. Hərarətdən heç nə olmur, “İbuprofen”dən isə nələrsə olur. Bu “nələrsə” sizin həyəcandan daha vacibdir, əziz analar! Uşağınızı hərarətdən deyil, dərmanların zərərindən qoruyun. Həkiminiz təyin etsə belə, Parasetamol tərkibi ilə əvəz edin. “Axı Parsetamol gec təsir edir” deyəcəksizsə, deməli bu sözlərdən uşağınızın xeyrinə nəsə götürmədiz”.

Oxumağa davam et
Reklam

Gündəm