Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclası keçiriləcək

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının toplantısının keçirilməsi nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən danışıb.

“Növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasını təşkil etməkdir”, - o vurğulayıb.

Bundan başqa, Volodimir Zelenski və İlham Əliyev bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə də razılığa gəliblər.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

İranlı generaldan Azərbaycan açıqlaması: Birmənalı şəkildə bəyan edirik ki...

İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq.

Publika.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri deyib.

O bildirib ki, İran Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlıdır. Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər.

Məhəmmədhüseyn Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz. İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir.

“Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq”, - deyən general-leytenant Məhəmmədhüseyn Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.

Oxumağa davam et

Siyasət

Bu məsələlərlə bağlı irəliləyiş gözlənilmir - Politoloq

Publika.az politoloq Elxan Şahinoğlu ilə müsahibəni təqdim edir. 

- Elxan müəllim, Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı açıqlaması hansı məqsədi daşıyır?

- Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Yəni, biz istəyirik ki, Zəngəzur dəhlizi açılsın, sülh müqaviləsi bağlansın, ancaq Ermənistan tərəfi bununla bağlı heç bir addım atmayıb. Paşinyan bu cür çıxışlar etməklə Qərb dövlətlərinə və Rusiyaya sülhə hazır olduqları mesajını verir. O, həm sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayır, həm də bu məsələnin Qarabağdan ayrı olmasını söyləyir. Ermənistan Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməlidir. Paşinyanın söylədikləri yalandan ibarətdir, çünki Ermənistan tərəfindən real addım atılmır. Gələcək 1 ayda parlamentdə seçki keçirilməlidir, çünki prezidentləri istefa verib. Başlarının öz daxili işlərinə qarışdığı müddətdə bu məsələlərlə bağlı irəliləyiş gözlənilmir. Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl, müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq.

- Ermənistan baş nazirinin Qarabağla bağlı ikili açıqlaması nəyə hesablanıb?

- Nikol Paşinyan guya erməni cəmiyyətini Azərbaycanla sülh müqaviləsi bağlanmasına hazırlayır. Ancaq o, həm sülhlə bağlı çıxışlar edir, həm də Qarabağın statusu ilə bağlı sərsəm fikirlər söyləyir. Paşinyan çalışır ki, bu mövzuya yenidən ATƏT-in Minsk qrupunu daxil etsin. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev də qeyd etmişdi ki, biz Minsk qrupunun fəaliyyətini qəbul etmirik. Yəni, Ermənistan hakimiyyətinin açıqlamaları ilə atdığı addımlar uyğunluq təşkil etmir. Paşinyanın Qarabağla bağlı çıxışı göstərir ki, Azərbaycanla Ermənistan arasında fikir ayrılıqları mövcuddur. Çünki Azərbaycan rəsmi olaraq bəyan edib ki, Qarabağ münaqişəsi bitib və status məsələsindən söz gedə bilməz. Ermənistan baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır. Bu səbəblərə görə indiki şəraitdə sülh müqaviləsinin bağlanması real deyil. 

- Ermənistan hakimiyyətinin sərhədlərin dəqiqləşdirilməsi prosesinə xüsusi diqqət yetirməsinin səbəbi nədir?

- Bu məsələ Ermənistan tərəfinin səriştəsizliyi səbəbindən uzanmağa davam edir. Soçidə keçirilən görüşdə ortaq bəyanat belə idi ki, 2021-ci ilin sonuna qədər komissiya yaradılmalıdır. Ancaq ermənilər hələ də bu bəyanata uyğun addım atmırlar. Onlar bu cür məsələlərdə qeyri-adekvat addımlar atmağa öyrəşiblər. Rusiya tərəfi isə çox təəssüf ki, Ermənistana təzyiq göstərməkdən imtina edir. İndi isə Paşinyan açıqlama verir ki, sərhədlərin demarkasiya və delimitasiya olunmasına maraqlıdırlar. Bu, bir daha göstərir ki, Ermənistan hakimiyyətinin indiyə qədər söylədiyi sözlərlə atdığı addımlar eynilik təşkil etmir.

Oxumağa davam et

Siyasət

BMT-də Xocalı soyqırımı canilərinin cəzasız qalması məsələsi qaldırıldı

"Gələn ay Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş münaqişə zamanı törədilmiş böyük soyqırımının otuz illiyi tamam olur. Ermənilər tərəfindən Xocalıya hücum və şəhərin tutulması nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib və ya ağır yaralanıb, girov götürülüb və işgəncələrə məruz qalıb, şəhər isə yerlə-yeksan edilib".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilən iclasında deyib.

O qeyd edib ki, ötən illər ərzində hərbi əməliyyatların aparılmasını nizamlayan hüquqi baxımdan məcburi normaların möhkəm təməli işlənib hazırlanıb: "İnkişaf etməkdə olan beynəlxalq məhkəmə praktikası beynəlxalq hüququ möhkəmlətməyə kömək edib, ən ciddi cinayətlərə görə təqsirkarların cəzalandırılmasına, belə cinayətlərin təkrarlanmasının qarşısının alınmasına, hüququn aliliyinin təmin edilməsinə, sülhün bərpasına və dünyanın inkişafına şərait yaradıb. Bununla belə, ciddi problemlər hələ də qalır. BMT-nin Baş katibi mülki şəxslərin müdafiəsi haqqında son məruzəsində qeyd edib ki, silahlı münaqişələr hələ də mülki şəxslər arasında böyük itkilərə, yaralanma və psixoloji travmalara, seksual zorakılığa, işgəncələrə, insanların yoxa çıxmasına, habelə evlərin, məktəblərin, bazarların, xəstəxanaların, əsas mülki infrastruktur obyektlərinin zədələnməsinə və dağıdılmasına gətirib çıxarır".

Y.Əliyev bildirib ki, Azərbaycan dinc sakinlərə hücumları və beynəlxalq humanitar hüququn pozulmalarını qətiyyətlə pisləyir: "Şəhər rayonlarında baş verən silahlı münaqişələr mülki əhaliyə və baza strukturuna ciddi ziyan vurur. Bəzən hərbi hədəflər və ya mütənasib hərbi üstünlük olmayan rayonlarda hərbi qüvvə tətbiq edilir, silah tətbiq edilən mülki şəxslər və mülki obyektlər bilərəkdən hədəfə çevrilir. Belə hallarda mülki şəxslər kor-koranə hərəkətlərin yüksək riskinə məruz qalırlar".

Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan Ermənistan tərəfindən təcavüzün dağıdıcı nəticələrindən ciddi zərər çəkib: "Beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün müharibə dövründə mülki şəxslərin qorunmasının pozulması yeganə və ya təsadüfi hallar olmayıb, çünki Azərbaycandakı mülki şəxslər və müxtəlif yaşayış məntəqələri dəfələrlə belə hücumlara məruz qalıb".

Diplomat deyib ki, mülki əhaliyə, infrastruktur obyektlərinə, yaşayış evlərinə, məktəblərə və xəstəxanalara hücumların tezliyi və vaxtı, onların qəsdən hədəfə alınması, əhalisi sıx olan rayonlara qarşı ağır partladıcı silahların və beynəlxalq səviyyədə qadağan edilmiş bombaların tətbiq edilməsi və bunun doğurduğu dağıntıların miqyası onu göstərir ki, Ermənistan açıq-aşkar Azərbaycanın dinc sakinlərini qorxutmaq və öldürmək, onları öz evlərini və əmlakını qoyub getməyə məcbur etmək niyyətindədir.

Oxumağa davam et
Reklam

Gündəm