Rusiya-Ukrayna gərginliyinin əsl səbəbi bu imiş - ŞƏRH - Publika.az
Bizi izləyin

Siyasət

Rusiya-Ukrayna gərginliyinin əsl səbəbi bu imiş - ŞƏRH

“Son dövrlər ABŞ və NATO müttəfiqləri Ukrayna üzərindən Rusiyaya qarşı çox ciddi təzyiq və təsir mexanizmi kimi istifadə etməyə çalışırlar. Xüsusilə də Rusiyanı bir sıra vasitələrlə təhrik edərək onu Ukraynada münaqişəyə cəlb etməyə çalışırlar. Kənardan baxanda ilkin təəssürat yaranır ki, bir sıra qərbi Avropa qüvvələri, xüsusilə də Amerika tərəfindən Rusiya Ukrayna ilə müharibəyə təhrik edilir”. 

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. 


Politoloqun sözlərinə görə, bir neçə ay bundan öncə NATO Yunanıstan ərazisinə tarixində ən böyük qüvvələr yerləşdirərkən bunun qətiyyən Rusiyaya qarşı olmadığını bildirsə də, aşkar şəkildə məlum idi ki, həmin qüvvələr Şərqi Avropa dövlətlərində yerləşdirilməklə qısa müddət ərzində Ukrayna ərazisinə çatdırılma məqsədi daşıyırdı: “Bu davranışlar eyni zamanda Cenevrədə keçirilən Rusiya-Amerika və NATO-Rusiya müzakirələrində Kremlin irəli sürdüyü tələblərin heç biri ilə razılaşılmaması Rusiyanı qıcıqlandırmaqla Ukraynaya qarşı hərbi əməliyyatlara başlamağa məcburetmə məqsədi daşıyırdı. Son aylar NATO-Rusiya cəbhəsində baş verən hadisələrin başlıca məqsədlərdən biri, hesab edirəm ki, NATO daxilində mərkəzdənqaçma meyillərinin qarşısını almaq, Almaniya və Frasanın timsalında NATO-nun zəifləməsi istiqamətində atılan addımları neytrallaşdırmaq, həmçinin qoca qitənin NATO-ya, xüsusilə də Amerikaya Rusiya təhdiləri qarşısında daha böyük ehtiyaclar duyduğunu nümayiş etdirməkdir. Digər məqsəd Rusiyanı Ukrayna, Moldova və ya Qazaxıstan, alınarsa Cənubi Qafqazda müharibəyə çəkməklə Rusiyaya növbəti zərbə vurmaq və onu qlobal gücdən regional gücə çevirməyə nail olmaqdır. Fikrimcə, mühüm səbəblərdən biri də həm keçmiş sovet, həm Şərqi Avropa respublikalarının Rusiya aqresiyası, Rusiya işğalı təhlükəsi ilə üz-üzə qaldıqları görüntüsü yaratmaqla həmin dövlətləri xilas edə biləcək qüvvə yalnız ABŞ və onun müttəfiqləridir təəsüratını formalaşdırmaqdır. Keçmiş sovet respublikları ətrafında baş verən prosesləri təhlil edərkən aydın şəkildə görünür ki, həm Moldovada, həm Ukraynada, həm Cənubi Qafqazda, Qazaxıstanda, eyni zamanda Orta Asiya respublikalarında baş verən bir çox hadisələrin arxasında xüsusilə Qərbi Avropa dövlətləri və Amerikanın gizli maraqları dayanır. Rusiyanın həmin ərazilərə aqresiyasını qabartmaqla həmin xalqların ABŞ-a olan ehtiyacını nümayiş etdirməyə çalışılır”.

A.Əliyev hesab edir ki, 2020-ci ildə Azərbaycanın həyata keçirdiyi proseslər zamanı yeritdiyi ağıllı siyasət, xüsusilə Rusiya ilə heç bir halda qarşı-qarşıya gəlmək istəməməsi və təhriklərə baxmayaraq bu istiqamətdə addımların atılmaması Azərbaycanı 2008-ci il Gürcüstanın və 2014-cü Ukraynanın taleyini yaşamamasına gətirib çıxardı: “Fikrimcə, ağıllı siyasət uzaq "qonşunun" təhrikedici davranışlarına, şirnikləndirici vədlərinə deyil, yaxın qonşunun aqresiyasını və gücünü nəzərə alaraq yeritməkdən keçir”.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Ceyhun Bayramov: “Müstəqillik Günü münasibətilə ölkəmizə inkişaf, rifah arzu edirəm”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında 28 may - Müstəqillik Günü münasibətilə paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

“Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 may - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm.

Yaşasın Azərbaycan!”.

Oxumağa davam et

Siyasət

Pakistanın federal naziri: “Azərbaycan xalqımızın ürəyində xüsusi yerə sahibdir”

Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahibdir.

Publika.az xəbər verir ki, bunu Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi deyib.

Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib.

Dövlətlərarası münasibətlərdən danışan federal nazir Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib. O, qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: “Pakistan keçmiş Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəkləyib”.

44 günlük Vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi, Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə də Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.

Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Oxumağa davam et

Siyasət

Pakistanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirildi

Azərbaycan Respublikasının Pakistandandakı səfirliyi İslamabadda yerləşən “Marriott” mehmanxanasında ölkəmizin 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasinin əsas qonaq qismində iştirak etdiyi qəbulda, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra səfir Xəzər Fərhadov çıxış edərək 104-cü ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının (ADR ) keçdiyi müstəqillik yolu haqqında danışıb. Səfir ADR-nin 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu diqqətə çatdırıb.

X.Fərhadov ADR dövründə demokratik hüquq və azadlıqların bərqərar olduğunu, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlarının tanındığını vurğulayaraq o dövrdə hətta bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd edib. Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsilin inkişafına xüsusi diqqət yetirildiyini ifadə edib.

Səfir 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqı ADR-nin ənənələri əsasında müstəqil respublika qurduğunu və bərpa edilmiş müstəqilliyin möhkəmləndirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin inkişafı prosesi uğurla davam etdirildiyini bildirən X.Fərhadov bu uğurların Azərbaycan xalqının həyatının bütün sahələrində öz əksini tapdığını qeyd edib. Vətən müharibəsindən söhbət açan səfir 2020-ci ildə məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb.

Azərbaycan – Pakistan münasibətlərinə də toxunan səfir 9 iyun 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu bildirib və bu əlamətdar günün silsilə tədbirlərlə qeyd olunacağını diqqətə çatdırıb. X.Fərhadov həmçinin, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib və nümunə olaraq artıq cari ilin mart ayından etibarən Lahor və Karaçi şəhərlərindən Bakıya birbaşa reyslərə start verildiyini, iyun ayından isə İslamabaddan ölkəmizin paytaxtına da birbaşa uçuşlara başlayacağını, eləcə də Hökumətlərarası Birgə Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplarının sayının 10-a çatmasını vurğulayıb.

Tədbirin ali qonağı Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi öz çıxışında ilk öncə ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib. Azərbaycan və Pakistan münasibətlərindən danışan federal nazir Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahib olduğunu bildirib və Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən nazir bu ölkənin keçmiş Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəklədiyini söyləyib. 44 günlük Vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi, Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə də Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.

Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda 28 May - Müstəqillik Gününün 104-cü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.

Tədbirdə ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi keçirilib. Həmçinin, Azərbaycanla bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

Oxumağa davam et
Reklam

Gündəm