Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi - Publika.az
Bizi izləyin

Siyasət

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin yaz sessiyasında ilk iclası keçirilib. 

Publika.az xəbər verir ki, iclası açan komitənin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, gündəliyə 5 məsələ daxil edilib. 

Milli Məclisin 2021-cı ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı diqqətə çatdıran sədr müavini məlumat verib ki, hesabat dövründə komitənin 25 iclası keçirilib, 87 məsələyə baxılıb. 26 qanun layihəsi üç oxunuşda, 5 qanun layihəsi bir oxunuşda müzakirə edilib, Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi qəbul olunub, hakimlərin təyin edilməsi məsələsinə baxılıb. 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan, həmçinin elektron poçt vasitəsilə daxil olmuş müxtəlif məzmunlu 231 müraciət aidiyyəti üzrə göndərilib. 

Vətəndaşların şifahi müraciətləri də diqqətdə saxlanıb və müvafiq tədbirlər görülüb. Sessiya ərzində pandemiya qaydalarına uyğun olaraq  vətəndaşların qəbulu onlayn formatda və telefon vasitəsilə həyata keçirilib.  

Komitə üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş övladlarımızın anım mərasimlərində iştirak ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər.  Sonra Qüdrət Həsənquliyev komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Bildirib ki, yaz sessiyasında komitədə  Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələrinə baxılacaq. 

Bundan başqa, komitəyə daxil olan qanun layihələrinin komitənin iclasına çıxarılması, müzakirəsi, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi həyata keçiriləcəkdir. Sonra komitənin 2021-ci ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib. Qüdrət Həsənquliyev bildirib ki, gündəliyin növbəti iki məsələsi - “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik (birinci oxunuş) edilməsi barədə qanun layihələridir. 

Sənəd barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdir müavini Daşqın İbadov diqqətə çatdırıb ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma va parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının icrası ilə əlaqədar nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur. Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.  Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Qüdrət Həsənquliyev və komitə üzvləri Fəzail Ağamalı, Tahir Kərimli, Azay Quliyev, Elşən Musayev, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çıxış edərək layihə barədə fikirlərini bildiriblər. Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında digər bir  qanun layihəsinə (birinci oxunuş) də baxılıb. Komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirib ki, təklif olunan dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində təkmilləşdirmə aparılaraq həmin maddəyə 279.0.1.1-ci maddənin əlavə edilməsini özündə ehtiva edir. 

Dəyişiklik birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. 

Onlayn iclasda komitənin üzvləri Nizami Səfərov, Madər Musayev, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Nurlan Həsənov, Kamal Cəfərov, Sabir Hacıyev, Vüqar İsgəndərov, Cəbi Quliyev, Milli Məclis Aparatının və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Ceyhun Bayramov: “Müstəqillik Günü münasibətilə ölkəmizə inkişaf, rifah arzu edirəm”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında 28 may - Müstəqillik Günü münasibətilə paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

“Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 may - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm.

Yaşasın Azərbaycan!”.

Oxumağa davam et

Siyasət

Pakistanın federal naziri: “Azərbaycan xalqımızın ürəyində xüsusi yerə sahibdir”

Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahibdir.

Publika.az xəbər verir ki, bunu Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi deyib.

Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib.

Dövlətlərarası münasibətlərdən danışan federal nazir Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib. O, qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: “Pakistan keçmiş Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəkləyib”.

44 günlük Vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi, Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə də Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.

Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Oxumağa davam et

Siyasət

Pakistanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirildi

Azərbaycan Respublikasının Pakistandandakı səfirliyi İslamabadda yerləşən “Marriott” mehmanxanasında ölkəmizin 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasinin əsas qonaq qismində iştirak etdiyi qəbulda, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra səfir Xəzər Fərhadov çıxış edərək 104-cü ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının (ADR ) keçdiyi müstəqillik yolu haqqında danışıb. Səfir ADR-nin 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu diqqətə çatdırıb.

X.Fərhadov ADR dövründə demokratik hüquq və azadlıqların bərqərar olduğunu, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlarının tanındığını vurğulayaraq o dövrdə hətta bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd edib. Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsilin inkişafına xüsusi diqqət yetirildiyini ifadə edib.

Səfir 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqı ADR-nin ənənələri əsasında müstəqil respublika qurduğunu və bərpa edilmiş müstəqilliyin möhkəmləndirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin inkişafı prosesi uğurla davam etdirildiyini bildirən X.Fərhadov bu uğurların Azərbaycan xalqının həyatının bütün sahələrində öz əksini tapdığını qeyd edib. Vətən müharibəsindən söhbət açan səfir 2020-ci ildə məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb.

Azərbaycan – Pakistan münasibətlərinə də toxunan səfir 9 iyun 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu bildirib və bu əlamətdar günün silsilə tədbirlərlə qeyd olunacağını diqqətə çatdırıb. X.Fərhadov həmçinin, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib və nümunə olaraq artıq cari ilin mart ayından etibarən Lahor və Karaçi şəhərlərindən Bakıya birbaşa reyslərə start verildiyini, iyun ayından isə İslamabaddan ölkəmizin paytaxtına da birbaşa uçuşlara başlayacağını, eləcə də Hökumətlərarası Birgə Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplarının sayının 10-a çatmasını vurğulayıb.

Tədbirin ali qonağı Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi öz çıxışında ilk öncə ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib. Azərbaycan və Pakistan münasibətlərindən danışan federal nazir Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahib olduğunu bildirib və Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən nazir bu ölkənin keçmiş Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəklədiyini söyləyib. 44 günlük Vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi, Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə də Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.

Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda 28 May - Müstəqillik Gününün 104-cü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.

Tədbirdə ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi keçirilib. Həmçinin, Azərbaycanla bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

Oxumağa davam et
Reklam

Gündəm