Siyasət
Polkovnikdən gözlənilən müharibə haqda İLGİNC PROQNOZ

Britaniyanın və NATO-nun aparıcı dövlətlərinin liderləri Ukraynaya təcavüz olunacağı təqdirdə Rusiyaya qarşı misli görünməmiş sanksiya paketinin tətbiqi barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə Britaniya baş nazir Boris Consonun dəftərxanasının yaydığı bəyanatda deyilir.
Sənəddə bildirilir ki, yanvarın 24-də ABŞ, İtaliya, Polşa, Fransa, Almaniya, Avropa İttifaqı və NATO-nun liderlərinin iştirakı ilə keçirilmiş onlayn görüşdə bu barədə razılıq əldə olunub.
Bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya Ukrayna sərhədlərinə qoşun yığmaqda davam edir. Ukraynanın Donbasdakı birləşmiş qoşunlarının komandanı isə bəyan edib ki, Rusiya Ukraynaya qarşı müharibəyə fevralın 20-də başlayacaq.
Azərbaycanlı hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirdi ki, Qərblə Rusiya arasında əsəb müharibəsi gedir, sadəcə, Rusiya nəbz yoxlaması edir, bu prosesin qanlı müharibə ilə yekunlaşacağı ehtimalı çox azdır. Yəni əslində nə NATO, Qərb, nə də Rusiya müharibə etmək qərarında deyillər: “Mən müharibənin başlayacağına inanmıram. Sadəcə, tərəflər nəbz yoxlayir, əsəb yoxlaması aparırlar ki, görək kim nə qədər dözə biləcək. Putin Qərbin, NATO-nun Ukraynanı haraya qədər müdafiə edəcəyinə əmin olmaq istəyir. Qarşı tərəf də bunu bildiyindən hər gün xəbərdarlıqlarını daha da sərtləşdirir.
Eyni zamanda Vladimir Putin hədə-qorxu gəlməklə ölkəsinə qarşı olan sanksiyaları bir qədər yumşaltmağa nail olmaq istəyir, həm də Avropa dövlətləri ilə ABŞ-ı üz-üzə qoymağa çalışır, NATO daxilində fikir ayrılıqlarının baş qaldırmasına nail olmaq istəyir.
Putin yaxşı bilir ki, Ukraynaya qarşı müharibəyə başlayıb bu ölkənin ərazisinə daxil olmaq Rusiyanın iqtisadiyyatını çox ağır böhranla üz-üzə qoyacaq, rus ordusu çox ciddi itkilərə məruz qalacaq. Bu zaman isə onsuz da xeyli dərəcədə narazı olan Rusiya əhalisinin narazılığı daha da artacaq və ölkədə təlatümlər yaşanacaq.
Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarında iştirakına qadağa qoyulsa, banklarının fəaliyyəti çökəcək, beynəlxalq ticarəti böyük risklə üz-üzə qalacaq. Bu vəziyyətdə elə Putinin öz ətrafi ona qarşı çıxar. Heç kim düşünməsin ki, Rusiya zəngin neft, qaz ehtiyatlarına malikdir və bu üstünlük onun iqtisadiyyatının çökməsinə imkan verməz. Venesuela və İran da zəngin resurslara malikdir, lakin sanksiyaların nəticəsində iqtisadi baxımdan çöküblər".
Polkovnikin qənaətincə, müharibə başlayacağı halda heç kim düşünməsin ki, Ukrayna ordusu müqavimət göstərə bilməyəcək: “Ukrayna ordusu rus ordusunun qarşısını kəsə biləcək və bu zaman hücum edən tərəf daha artıq tələfatlar verəcək. Ukrayna ordusu son illərdə kifayət qədər güclənib.
Rusiya ordusuna başqa heç bir ölkədən dəstək olmayacaq, ancaq Ukrayna ordusuna Qərbdən, ABŞ-dan, Kanadadan, Britaniyadan çox ciddi hərbi yardımlar ediləcək. Bu qədər böyük və hərbi qüdrətə malik dövlətlərin hərbi yardım etdiyi ordunun gücü, döyüş ruhu daha da yüksələcək.
Bunun üzərinə Ukrayna xalqının öz ərazilərinin müdafiəsinə qalxacağını da gəlsək, belə vəziyyətdə Rusiya tərəfinin böyük bir qüvvə sərf etməli olacağı və çox böyük itkilərlə üz-üzə qalacağı qaçılmaz olacaq. Bu da Rusiyanin daxilində hakimiyyətdən narazılıqları körükləyə və xalqın ayağa qalxıb hökuməti devirməsi ilə nəticələnə bilər".
Siyasət
Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Siyasət
Şarl Mişel: "Avropa İttifaqı vasitəçilik səylərini davam etdirəcək"

“Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında vasitəçilik səylərini davam etdirəcək”.
Publika.azxəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə deyib.
Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.
Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Siyasət
İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü keçirildi - FOTO - YENİLƏNDİ

Mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olub.
Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğuladı.
Dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğuladı.
Dövlətimizin başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd etdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
xxx
18:41
Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.
Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
xxx
17:21
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.
Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Qeyd edək ki, Brüsseldə həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır
Bu, 2021-ci il dekabrın 14-də başlamış və bu il aprelin 6-da davam etmiş Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür.
Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması gündəlikdə duran əsas məsələlərdəndir.
- Qoroskop23 May 2022 00:15
Günün ULDUZ FALI: o insanlarla bağlı narazılıq yarana bilər
- Dünya23 May 2022 00:00
İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"
- Dünya22 May 2022 23:50
Dünyanı gözləyən aclıq Rusiyaya niyə sərf edir?
- Sağlamlıq22 May 2022 23:41
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
- Təhlil22 May 2022 23:13
Moskva Le Penin "xəcalətindən" necə çıxıb?: 9 milyonluq kredit, üzə çıxan gizli SMS...
- Maqazin22 May 2022 22:55
Nadir Qafarzadə gəlini ilə FOTOSUNU PAYLAŞDI
- Maqazin22 May 2022 22:49
Tuğba Ekincidən İDDİALI PAYLAŞIM: dəsmal ilə... - FOTO
- Sosial22 May 2022 22:31
Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO