Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Pensiyaların artımı ilə bağlı ŞAD XƏBƏR: Bu tarxidən başlayaraq...

Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları fevral ayından etibarən almağa başlayacaq.

Bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

O qeyd edib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur.

“Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq.

Artırılan müavinətlər isə bu aydan veriləcək. Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar", - deyə o bildirib.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Azərbaycan-Gürcüstan turizm əlaqələri müzakirə olundu

Gürcüstanın Tbilisi şəhərində Dövlət Turizm Agentliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında turizm əlaqələrinin inkişafı ilə bağlı işgüzar görüş keçirilib.

Publika.az xəbər verir ki, görüş çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvirivişvili arasında birgə turların və məhsulların yaradılması üzrə hazırlanan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” barəsində müzakirələr aparılıb.

Müzakirlərdə Azərbaycan və Gürcüstanın müəyyən hədəf bazarlar üçün birgə turlar və məhsullarla çıxış etməsi ilə yanaşı, müştərək marketinq və təbliğat kampaniyası aparılmasının və bu sahədə iki ölkənin turizm sənayesinin üzvlərinin qarşılıqlı fəaliyyətinin məqsədəuyğunluğu vurğulanıb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında turizm və mülki aviasiya sahəsində əməkdaşlığın prioritet istiqamətləri, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində turizmin bərpası və inkişafı, post-pandemiya dövründə turizmin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihəyə əsasən, planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.

Xatırladaq ki, 2019-cu ildən etibarən Tbilisi şəhərində Azərbaycana turlar və səfərlər haqqında məlumatların verildiyi  "Azerbaijan.Travel" adlı qonaq mərkəzi fəaliyyətdədir.

Oxumağa davam et

Sosial

Azərbaycan iqtisadiyyatı inkişafdadır - Deputat

2021-ci ilin sonunda Prezident İlham Əliyev sosial paket haqqında sərəncam imzaladı. Bu sosial paket 1,5 milyard manatı özündə ehtiva edirdi və 2,5 milyon insanın rifahına öz müsbət təsirini göstərib”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat qeyd edib ki, dövlətin iqtisadi imkanları genişləndikcə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn addımlar davamlı olaraq atılır: “Dünyada baş verən hadisələrə görə daxili bazarda qiymət artımı olub. Amma Prezident İlham Əliyevin imzaladığı bu sərəncam xaricdən gələn çağırışlara cavab verməyə və insanların sosial vəziyyətinin mənfiyə doğru meyillənməsinin qarşısını almağa xidmət edib”. 

A.Badamov vurğulayıb ki, dünyada bəzi ölkələrin iqtisadiyyatları hələ də çöküş yaşadığı bir dövrdə Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir: “2020-ci ildə pandemiyanın təsirlərinin aradan qaldırılması üçün vətəndaşlara və sahibkarlıq subyektlərinə şamil olunan böyük bir sosial paket imzalanmışdı. Bu sosial paket özündə 3 milyard manatdan çox vəsaiti əks etdirirdi və 4,5 milyon insanın sosial vəziyyətinə müsbət təsir göstərib. Adıçəkilən paket pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlə bağlı insanların sosial rifahına mənfi təsirlərin azaldılması məqsədi ilə 190 manat həcmində müavinətlərin verilməsi, sahibkarlara iş yerlərinin saxlanılması üçün müəyyən qədər vəsaitlərin köçürülməsi və digər istiqamətləri özündə əks etdirirdi. Bu da post-pandemiya dövründə sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini bərpa etməsinə töhfəsini verib. Bu gün Azərbaycan makroiqtisadi göstəricilərə görə, dövlətin sahibkarlıq subyekti işçilərinə göstərdiyi dəstək nəticəsində yenidən öz inkişaf tempinə qayıda bilib. 2020-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul 4,3% olmuşdusa, ötən il bu göstərici 5,6 faizə qalxıb. Dövlətimiz həm qeyri-neft sektorunun inkişafına öz dəstəyini göstərir, həm də insanların sosial müdafiəsi istiqamətində böyük sosial paketlər icra edir. Bu da ümumi olaraq cəmiyyətimizin inkişafına öz təsirini göstərir”.

Oxumağa davam et

Sosial

"Azəriqaz" rəhbərliyi sahibkarlarla görüşdü - FOTO

"Sənaye şəhəri Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır".

Publika.az xəbər verir ki, bunu Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində Mingəçevir sahibkarları ilə keçirilən görüşü zamanı bildirib.

Aksiyada Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov tərəfindən istər sahibkarların, istərsə də adi vətəndaşların problemləri dinlənilib və onlara yerindəcə izahatlar verilib. Ümumilikdə 38-ci, sahibkarlarla isə 17-ci dəfə təşkil olunan aksiyaya üz tutan Mingəçevir şəhər sakini, 3-cü qrup əlil Aynaxanım Məmmədova maddi durumunda sıxıntı olduğunu bu səbəbdən də istehlak etdiyi təbii qaza görə yaranan borcu ödəməkdə çətinlik çəkdiyi üçün fərdi yaşayış evinə quraşdırılan əvvəlcədən ödənişli sayğacın sonradan ödənişli sayğacla əvəz olunmasını xahiş edib.

Aksiyada yalnız Mingəçevir şəhərindən deyil, ətraf rayonlardan da vətəndaşlar iştirak ediblər. Yevlax rayonunun Tanrıqulular kənd sakini Orxan Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Daxil olan bütün müraciətlər aidiyyəti üzrə qeydə alınıb. Görüşdə Birliyin digər struktur bölmələrinin rəhbər şəxsləri ilə bərabər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Agentlik əməkdaşı "Azəriqaz" İB ilə birgə sahibkarlara bundan sonra da lazımi dəstəyin veriləcəyini bildirib.

Oxumağa davam et
Reklam

Gündəm