Azərbaycanda karantin müddəti dəyişdi - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanda karantin müddəti dəyişdi

Bu gündən etibarən Azərbaycanda SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılır.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələrini xahiş edir:

Maska taxın.

Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

Fiziki məsafə saxlayın.

İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

Təcrid olduğunuz yeri tez-tez havalandırın.

Gün ərzində iki dəfə bədən hərarətinizi ölçün.

Bol maye qəbul edin.

Yataq rejiminə riayət edin.

Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

Beş gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırmasalıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır.

Dövlət qurumları vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır. Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omikron” ştammının yayılması halları müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Fransa səfiri Yardımlıda ot biçdi - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qros tanınmış naşir Şahbaz Xuduoğlu ilə birgə sonuncunun doğulduğu Yardımlı rayonunun Hamarkən kəndinə səfər ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ş.Xuduoğlunun özü sosial şəbəkədə məlumat verib.

"Cənab səfir kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndirdə çörək yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik. Gecənin ulduzlu aydın səmasına valeh oldu. "Mən Azərbaycanda elə gözəl yer hələ görməmişəm', dedi. Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı. Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik. Kəndimizə valeh oldu. Amma onu ən çox təəccübləndirən o oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib. 75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: "Biz - bu elin adamları - həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik".

Oxumağa davam et

Sosial

Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb.

Publika.az "Baku TV"yə istinadla xəbər verir ki, sakinlər gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

Qeyd edək ki, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Oxumağa davam et

Sosial

II qrupun test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Publika.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:

II ixtisas qrupu (Azərbaycan bölməsi);

II ixtisas qrupu (rus bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (Azərbaycan bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (rus bölməsi).

Oxumağa davam et
Reklam

Gündəm