Sosial
Azərbaycan iqtisadiyyatı inkişafdadır - Deputat

“2021-ci ilin sonunda Prezident İlham Əliyev sosial paket haqqında sərəncam imzaladı. Bu sosial paket 1,5 milyard manatı özündə ehtiva edirdi və 2,5 milyon insanın rifahına öz müsbət təsirini göstərib”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat qeyd edib ki, dövlətin iqtisadi imkanları genişləndikcə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn addımlar davamlı olaraq atılır: “Dünyada baş verən hadisələrə görə daxili bazarda qiymət artımı olub. Amma Prezident İlham Əliyevin imzaladığı bu sərəncam xaricdən gələn çağırışlara cavab verməyə və insanların sosial vəziyyətinin mənfiyə doğru meyillənməsinin qarşısını almağa xidmət edib”.
A.Badamov vurğulayıb ki, dünyada bəzi ölkələrin iqtisadiyyatları hələ də çöküş yaşadığı bir dövrdə Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir: “2020-ci ildə pandemiyanın təsirlərinin aradan qaldırılması üçün vətəndaşlara və sahibkarlıq subyektlərinə şamil olunan böyük bir sosial paket imzalanmışdı. Bu sosial paket özündə 3 milyard manatdan çox vəsaiti əks etdirirdi və 4,5 milyon insanın sosial vəziyyətinə müsbət təsir göstərib. Adıçəkilən paket pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlə bağlı insanların sosial rifahına mənfi təsirlərin azaldılması məqsədi ilə 190 manat həcmində müavinətlərin verilməsi, sahibkarlara iş yerlərinin saxlanılması üçün müəyyən qədər vəsaitlərin köçürülməsi və digər istiqamətləri özündə əks etdirirdi. Bu da post-pandemiya dövründə sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini bərpa etməsinə töhfəsini verib. Bu gün Azərbaycan makroiqtisadi göstəricilərə görə, dövlətin sahibkarlıq subyekti işçilərinə göstərdiyi dəstək nəticəsində yenidən öz inkişaf tempinə qayıda bilib. 2020-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul 4,3% olmuşdusa, ötən il bu göstərici 5,6 faizə qalxıb. Dövlətimiz həm qeyri-neft sektorunun inkişafına öz dəstəyini göstərir, həm də insanların sosial müdafiəsi istiqamətində böyük sosial paketlər icra edir. Bu da ümumi olaraq cəmiyyətimizin inkişafına öz təsirini göstərir”.
Sosial
Fransa səfiri Yardımlıda ot biçdi - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qros tanınmış naşir Şahbaz Xuduoğlu ilə birgə sonuncunun doğulduğu Yardımlı rayonunun Hamarkən kəndinə səfər ediblər.
Publika.az xəbər verir ki, bu barədə Ş.Xuduoğlunun özü sosial şəbəkədə məlumat verib.
"Cənab səfir kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndirdə çörək yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik. Gecənin ulduzlu aydın səmasına valeh oldu. "Mən Azərbaycanda elə gözəl yer hələ görməmişəm', dedi. Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı. Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik. Kəndimizə valeh oldu. Amma onu ən çox təəccübləndirən o oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib. 75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: "Biz - bu elin adamları - həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik".
Sosial
Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb.
Publika.az "Baku TV"yə istinadla xəbər verir ki, sakinlər gecə klubunun açılmasına etiraz ediblər.
Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.
Qeyd edək ki, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.
Sosial
II qrupun test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.
Publika.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.
Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:
II ixtisas qrupu (Azərbaycan bölməsi);
II ixtisas qrupu (rus bölməsi);
III ixtisas qrupu, TC altqrupu, coğrafiya (Azərbaycan bölməsi);
- Qoroskop23 May 2022 00:15
Günün ULDUZ FALI: o insanlarla bağlı narazılıq yarana bilər
- Dünya23 May 2022 00:00
İyunda möcüzə baş verə bilər: "Bu, ukraynalılara SİQNAL OLACAQ"
- Dünya22 May 2022 23:50
Dünyanı gözləyən aclıq Rusiyaya niyə sərf edir?
- Sağlamlıq22 May 2022 23:41
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
- Təhlil22 May 2022 23:13
Moskva Le Penin "xəcalətindən" necə çıxıb?: 9 milyonluq kredit, üzə çıxan gizli SMS...
- Maqazin22 May 2022 22:55
Nadir Qafarzadə gəlini ilə FOTOSUNU PAYLAŞDI
- Maqazin22 May 2022 22:49
Tuğba Ekincidən İDDİALI PAYLAŞIM: dəsmal ilə... - FOTO
- Sosial22 May 2022 22:31
Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO