SON DƏQİQƏ: koronavirusa yoluxanların sayı 3 mini ötdü - ÇOX SAYDA ÖLƏN VAR - Publika.az
Bizi izləyin

Sosial

SON DƏQİQƏ: koronavirusa yoluxanların sayı 3 mini ötdü - ÇOX SAYDA ÖLƏN VAR

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 nəfər vəfat edib. 12 448 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 544, bu günə qədər isə ümumilikdə 6 094 493 test icra olunub.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Fransa səfiri Yardımlıda ot biçdi - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qros tanınmış naşir Şahbaz Xuduoğlu ilə birgə sonuncunun doğulduğu Yardımlı rayonunun Hamarkən kəndinə səfər ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ş.Xuduoğlunun özü sosial şəbəkədə məlumat verib.

"Cənab səfir kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndirdə çörək yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik. Gecənin ulduzlu aydın səmasına valeh oldu. "Mən Azərbaycanda elə gözəl yer hələ görməmişəm', dedi. Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı. Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik. Kəndimizə valeh oldu. Amma onu ən çox təəccübləndirən o oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib. 75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: "Biz - bu elin adamları - həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik".

Oxumağa davam et

Sosial

Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb.

Publika.az "Baku TV"yə istinadla xəbər verir ki, sakinlər gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

Qeyd edək ki, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Oxumağa davam et

Sosial

II qrupun test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Publika.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:

II ixtisas qrupu (Azərbaycan bölməsi);

II ixtisas qrupu (rus bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (Azərbaycan bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (rus bölməsi).

Oxumağa davam et
Reklam

Gündəm