Azərbaycanla Gürcüstan arasında müzakirə - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanla Gürcüstan arasında müzakirə

Gürcüstanın Tbilisi şəhərində Dövlət Turizm Agentliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında turizm əlaqələrinin inkişafı ilə bağlı işgüzar görüş keçirilib.

Publika.az xəbər verir ki, görüş çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvirivişvili arasında birgə turların və məhsulların yaradılması üzrə hazırlanan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” barəsində müzakirələr aparılıb.

Müzakirlərdə Azərbaycan və Gürcüstanın müəyyən hədəf bazarlar üçün birgə turlar və məhsullarla çıxış etməsi ilə yanaşı, müştərək marketinq və təbliğat kampaniyası aparılmasının və bu sahədə iki ölkənin turizm sənayesinin üzvlərinin qarşılıqlı fəaliyyətinin məqsədəuyğunluğu vurğulanıb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında turizm və mülki aviasiya sahəsində əməkdaşlığın prioritet istiqamətləri, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində turizmin bərpası və inkişafı, post-pandemiya dövründə turizmin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihəyə əsasən, planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.

Xatırladaq ki, 2019-cu ildən etibarən Tbilisi şəhərində Azərbaycana turlar və səfərlər haqqında məlumatların verildiyi  "Azerbaijan.Travel" adlı qonaq mərkəzi fəaliyyətdədir.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Fransa səfiri Yardımlıda ot biçdi - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qros tanınmış naşir Şahbaz Xuduoğlu ilə birgə sonuncunun doğulduğu Yardımlı rayonunun Hamarkən kəndinə səfər ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ş.Xuduoğlunun özü sosial şəbəkədə məlumat verib.

"Cənab səfir kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndirdə çörək yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik. Gecənin ulduzlu aydın səmasına valeh oldu. "Mən Azərbaycanda elə gözəl yer hələ görməmişəm', dedi. Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı. Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik. Kəndimizə valeh oldu. Amma onu ən çox təəccübləndirən o oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib. 75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: "Biz - bu elin adamları - həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik".

Oxumağa davam et

Sosial

Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb.

Publika.az "Baku TV"yə istinadla xəbər verir ki, sakinlər gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

Qeyd edək ki, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Oxumağa davam et

Sosial

II qrupun test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Publika.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:

II ixtisas qrupu (Azərbaycan bölməsi);

II ixtisas qrupu (rus bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (Azərbaycan bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (rus bölməsi).

Oxumağa davam et
Reklam

Gündəm