SON DƏQİQƏ! Operativ Qərargah məlumat yaydı - Publika.az
Bizi izləyin

Sosial

SON DƏQİQƏ! Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782864 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 59 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1752, bu günə qədər isə ümumilikdə 6836368 test icra olunub.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Fransa səfiri Yardımlıda ot biçdi - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qros tanınmış naşir Şahbaz Xuduoğlu ilə birgə sonuncunun doğulduğu Yardımlı rayonunun Hamarkən kəndinə səfər ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ş.Xuduoğlunun özü sosial şəbəkədə məlumat verib.

"Cənab səfir kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndirdə çörək yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik. Gecənin ulduzlu aydın səmasına valeh oldu. "Mən Azərbaycanda elə gözəl yer hələ görməmişəm', dedi. Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı. Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik. Kəndimizə valeh oldu. Amma onu ən çox təəccübləndirən o oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib. 75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: "Biz - bu elin adamları - həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik".

Oxumağa davam et

Sosial

Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb.

Publika.az "Baku TV"yə istinadla xəbər verir ki, sakinlər gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

Qeyd edək ki, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Oxumağa davam et

Sosial

II qrupun test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Publika.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:

II ixtisas qrupu (Azərbaycan bölməsi);

II ixtisas qrupu (rus bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (Azərbaycan bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (rus bölməsi).

Oxumağa davam et
Reklam

Gündəm